Digər · Glorri
IFRS Hesabatlılığı üzrə Baş Mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- IFRS standartlarının şirkət üzrə düzgün tətbiqini və maliyyə hesabatlarının müvafiq tələblərə uyğun hazırlanmasını təmin etmək; - Şirkətin mövcud və yeni əməliyyatlarını beynəlxalq maliyyə hesabatlılığı standartları baxımından qiymətləndirmək və müvafiq mühasibat uçotu yanaşmasını müəyyən etmək; - Aylıq, rüblük və illik maliyyə hesabatlarının bağlanışı prosesləri çərçivəsində tələb olunan hesablamaları, üzləşdirmələri və düzəlişləri hazırlamaq; - IFRS üzrə tam maliyyə hesabatları paketinin — Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat və müvafiq açıqlamaların hazırlanmasında iştirak etmək; - Xarici audit prosesində şirkət tərəfindən əsas əlaqələndirici şəxs kimi çıxış etmək və audit prosesinin başdan sona əlaqələndirilməsinə dəstək göstərmək; - IFRS standartlarında baş verən dəyişiklikləri mütəmadi izləmək, onların şirkətin fəaliyyətinə mümkün təsirlərini qiymətləndirmək və tələb olunan dəyişikliklərin tətbiqini təmin etmək; - Maliyyə məlumatlarının üzləşdirilməsi, əlavə hesablama cədvəlləri, mühasibat uçotu üzrə izahatlar və digər audit və maliyyə hesabatlılığı üzrə işçi sənədlərini hazırlamaq; - Maliyyə hesabatlarının hazırlanması və audit proseslərində mövcud boşluqları müəyyən etmək, proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək; - Maliyyə hesabatlılığı üzrə məlumatların düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını təmin etmək. - Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil; - ACCA FR və ya DipIFR kvalifikasiyası üstünlükdür. - Maliyyə hesabatlılığı, IFRS və/və ya audit sahəsində minimum 2–3 il müvafiq iş təcrübəsi; - Big Four audit təcrübəsi və ya istehsal sektorunda IFRS hesabatlılığı üzrə praktiki təcrübə üstünlükdür; - IFRS standartları üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər; - MS Office, xüsusilə Excel proqramından yüksək səviyyədə istifadə bacarığı; - Böyük həcmli maliyyə məlumatları ilə işləmək və məlumatları təhlil etmək bacarığı; - Güclü analitik və tənqidi düşünmə qabiliyyəti; - Maliyyə hesabatlarını və accounting məlumatlarını təhlil etmək bacarığı; - Maliyyə məlumatlarının üzləşdirilməsi, düzəlişlərin aparılması və əlavə hesablama cədvəllərinin hazırlanması bacarığı; - Detallara yüksək diqqət və dəqiqlik; - Güclü problem həll etmə və qərarvermə bacarığı; - Vaxtın düzgün idarə edilməsi və son tarixlərə riayət etmək bacarığı; - Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı; - İngilis dili üzrə IFRS standartları, audit sorğuları və peşəkar sənədlərlə sərbəst işləyə biləcək səviyyədə bilik; - Azərbaycan dilini yaxşı səviyyədə bilmək; rus dilini bilmək üstünlükdür.