Mühəndislik və istehsalat · Glorri
Planlaşdırma üzrə aparıcı mühəndis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Müqavilə əsasında layihə qrafikini hazırlamaq və yeniləmək; - Layihə planı əsasında hər bir mərhələ üçün iş qrafikini və hədəf mərhələlərini təyin etmək; - Layihə qrafikinə əsasən kritik fəaliyyətlərə nəzarət etmək; - Həftəlik iş gedişatını izləmək və həftəlik/aylıq hesabatlar hazırlamaq; - Layihə rəhbərlərinə və kommersiya rəhbərlərinə cari vəziyyət ilə bağlı məlumatların verilməsi; - Cari vəziyyəti əks etdirən həftəlik/aylıq hesabatı hazırlamaq; - Layihə rəhbərinə hazırkı işin gedişi barədə hesabat vermək, plan və faktiki irəliləyişlər arasında müqayisəni apararaq alternativ yanaşmaların işə təsirini təhlil etmək; - Sahə iclaslarında və müzakirələrdə iştirak etmək; - Tender üçün iş qrafiki, S-əyrisi və işçi heyətinin hərəkəti histoqramını hazırlamaq; - Sahədən gələn hesabatların düzgünlüyünün yoxlamaq; - Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi; - Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi; - Sahə səfərləri hesabatlarının hazırlanması; - İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi; - Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi; - Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək; - Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi; - Master qrafik üzrə işçi resursların layihə rəhbəri ilə birgə təyin olunması; - Məhsuldarlıq və adam sayı analizlərin hazırlanması, görüləcək işlər üçün resurs və vaxt sərfiyyatı cədvəlinin hazırlanması; - Nəticələr və mümkün təsirlər barədə bir başa və funksional rəhbərə məlumat vermək; - Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək. - Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil; - İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – yaxşı: - Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project;