IT və texnologiya · Glorri
Maliyyə Menecmenti İdarəsinin Datanın idarə olunması şöbəsi Aparıcı mütəxəssis / Baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 14.10.2026 · Son tarix: 16.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Bankın müxtəlif informasiya sistemlərində saxlanılan məlumatların strukturunu, mənbələrini və sistemlərarası əlaqələrini araşdırmaq. - Məlumatların keyfiyyətini təhlil etmək, mövcud uyğunsuzluqları və potensial problemləri aşkar etmək. - Data Quality qaydalarının hazırlanmasında, tətbiqində və məlumatların keyfiyyətinə nəzarət proseslərində iştirak etmək. - Aşkar edilmiş data problemlərinin səbəblərini araşdırmaq, həlli üçün aidiyyəti bölmələrlə əməkdaşlıq etmək və nəticələri izləmək. - Müxtəlif sistemlərdəki məlumatları müqayisə etmək, məlumatların uyğunluğunu və düzgün ötürülməsini yoxlamaq. - Məlumatların mənbədən hesabatlara və digər sistemlərə qədər keçdiyi yolu, bu prosesdə baş verən dəyişiklikləri və asılılıqları təhlil etmək. - Data Catalog, Data Dictionary və Business Glossary üzrə məlumatların toplanması, təsvir edilməsi və yenilənməsində iştirak etmək. - Data Domain, Data Owner və Data Steward rollarının müəyyənləşdirilməsi və məsuliyyətlərin bölüşdürülməsi proseslərinə dəstək vermək. - Data Governance üzrə daxili qayda, standart və prosedurların hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək. - Biznes və texniki bölmələrlə birlikdə data ilə bağlı ehtiyacları, problemləri və riskləri araşdırmaq, həll yolları təklif etmək. - Data analizi, keyfiyyətə nəzarət və monitorinq işlərinin avtomatlaşdırılmasında, mövcud daxili alətlərin təkmilləşdirilməsində iştirak etmək. - Görülən işlərin nəticələrini sənədləşdirmək, analitik hesabatlar və təqdimatlar hazırlamaq. - Ali təhsil - İT, kompüter elmləri, informasiya sistemləri, tətbiqi riyaziyyat və ya əlaqəli sahə. - Relational database, data modelling və normalization prinsipləri haqqında nəzəri və praktiki bilik. - SQL ilə işləmə, mövcud SQL sorğularını analiz etmə, cədvəllərarası əlaqələri, JOIN, filter və transformasiya məntiqini anlama bacarığı. - Data analizi, Data Profiling və böyük həcmli məlumatlarla işləmə bacarığı. - Data Quality problemlərinin (NULL, duplicate, format, validity, consistency, referential integrity, anomal dəyərlər və s.) müəyyən edilməsi və təhlili bacarığı. - Data Quality qaydalarının formalaşdırılması, texniki vasitələrlə yoxlanılması və aşkar edilmiş problemlərin həll prosesinin izlənilməsi üzrə bilik və bacarıqlar. - Müxtəlif mənbələrdə saxlanılan məlumatların müqayisəsi, source-target mapping və reconciliation prinsipləri haqqında bilik. - Data problemlərinin səbəblərinin araşdırılması (Root Cause Analysis), məlumatların mənbədən hesabatlılığa qədər hərəkətinin (Data Flow / Data Lineage) təhlili bacarığı. - ER diagram, data model və texniki sənədlərlə işləmə bacarığı. - Data Governance, Data Ownership, Data Stewardship, Metadata Management, Data Catalog, Business Glossary və Data Classification prinsipləri haqqında bilik və ya bu istiqamətlərdə inkişaf etməyə hazırlıq. - Data Governance üzrə siyasət, standart və prosedurların, Data Quality nəzarətlərinin və məlumatlarla bağlı risklərin idarə olunması prinsipləri haqqında anlayış. - Biznes proseslərini analiz etmək, biznes tələblərini data və texniki tələblərə çevirmək, aidiyyəti tərəflərlə effektiv kommunikasiya qurmaq bacarığı. - Texniki və biznes sənədlərinin hazırlanması, analitik nəticələrin və məlumatlarla bağlı problemlərin aydın şəkildə təqdim edilməsi bacarığı. - Excel ilə yaxşı səviyyədə işləmə bacarığı. - Analitik düşünmə, problemləri sistemli araşdırma, müstəqil öyrənmə və yeni texnologiyaları iş prosesinə tətbiq etmə bacarığı. Aşağıdakı istiqamətlərdən bir və ya bir neçəsi üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur: - Python ilə data emalı, analizi və proseslərin avtomatlaşdırılması (Pandas, NumPy, Regex və s.); - Python vasitəsilə database bağlantıları, batch processing, logging və error handling; - Oracle və/və ya SQL Server ilə iş təcrübəsi; - DWH, ETL/ELT və BI texnologiyaları (Power BI, Tableau, Qlik və s.); - REST API, JSON, Git və version control; - Data Catalog, Data Lineage, Data Quality və digər Data Governance alətləri ilə iş təcrübəsi; - Daxili data monitoring, review və avtomatlaşdırma alətlərinin hazırlanması və təkmilləşdirilməsi; - Data Governance, Data Management metodologiyaları və müvafiq standartlar üzrə praktiki təcrübə.