Bütün vakansiyalar

IT və texnologiya · Glorri

Junior BI Developer / Data Analyst

DataLead MMC55 Xocalı prospekti, Bakı, Azerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Başlanğıc (Junior)

Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

DataLead Consulting komandamıza məlumatların təhlili və Business Intelligence (BI) istiqamətində inkişaf etmək istəyən Junior BI Developer / Data Analyst axtarır. Əsas vəzifə öhdəlikləri: - Məlumatların toplanması, təmizlənməsi və təhlilində iştirak etmək; - BI hesabatlarının və interaktiv dashboardların hazırlanmasına dəstək vermək; - SQL sorğularının yazılması və optimallaşdırılmasında iştirak etmək; - Məlumat mənbələrinin inteqrasiyası və transformasiyası proseslərində iştirak etmək; - Biznes tələblərinin analitik həllərə çevrilməsində komandaya dəstək göstərmək; - Yeni analitika və vizuallaşdırma texnologiyalarını mənimsəmək. Biz nə təklif edirik? - Təcrübəli mütəxəssislərin mentorluğu ilə peşəkar inkişaf; - Müasir BI və Data Analytics texnologiyalarını praktiki öyrənmək imkanı; - Real korporativ layihələrdə iştirak; - Beynəlxalq texnologiyalar və platformalar üzrə ixtisaslaşma perspektivi; - Peşəkar və inkişaf yönümlü komanda mühiti; - Karyera yüksəlişi imkanları. Namizədə tələblər: - İnformasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (son kurs tələbələri də müraciət edə bilərlər); - SQL üzrə ilkin biliklər (SELECT, JOIN, GROUP BY və s.); - Verilənlər bazaları və məlumatların strukturu haqqında baza anlayışları; - Microsoft Excel ilə işləmə bacarığı; - Məlumatların təhlili və vizuallaşdırılmasına maraq; - Analitik və məntiqi düşünmə qabiliyyəti; - Yeni texnologiyaları öyrənmək və müstəqil araşdırma aparmaq bacarığı; - İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı; - Komanda ilə işləmək və effektiv kommunikasiya bacarıqları. Üstünlük hesab olunacaq: - Power BI, Tableau və ya digər BI platformaları ilə ilkin tanışlıq; - Python üzrə baza biliklər; - ETL/ELT prosesləri haqqında ilkin anlayış; - Data Warehouse və Data Modeling konsepsiyaları ilə tanışlıq; - Şəxsi layihələr, universitet layihələri və ya GitHub portfeli.