Satış və marketinq · Glorri
Layihə rəhbəri (Satış)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Satış və marketinq strategiyaları üçün layihələrin tam həyat dövrünü idarə etmək. - Çoxfunksiyalı komandaların (marketinq, satış, logistika) işəsalınmasını və rəhbərliyini həyata keçirmək. - Yeni mağaza formatlarının və ya təcrübə mərkəzlərinin açılış layihələrinə rəhbərlik etmək. - Layihə büdcəsini hazırlamaq, monitorinq etmək və idarə etmək. - Əsas paydaşlarla (daxili və xarici) ünsiyyəti və tələbləri koordinasiya etmək. - Xərclərin optimallaşdırılması və effektivliyin artırılması üçün proses yenidənqurma layihələrini həyata keçirmək. - Yeni texnoloji həllərin (məsələn, ödəniş sistemləri, inventar idarəetməsi) tətbiqi layihələrinə nəzarət etmək. - Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və azaltmaq. - Satış kanallarının (onlayn və oflayn) inteqrasiyası üzrə layihələri idarə etmək. - Layihə mərhələlərini və təhvil tarixlərini planlaşdırmaq və təmin etmək. - Bütün layihə fəaliyyətləri üzrə hesabatlar və performans göstəriciləri hazırlamaq. - Dəyişikliklərə və yeni bazar tələblərinə uyğun olaraq layihə planlarını dəyərləndirmək və yenidən tənzimləmək. İş qrafiki: 5 gün, 09:00-18:00 Ali təhsil – Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Marketinq və ya əlaqəli sahələr; Layihələrin idarə edilməsi sahəsində 3+ il iş təcrübəsi ; Pərakəndə satış, FMCG, marketinq, kommersiya və ya transformasiya layihələrində təcrübə arzuolunandır; Generativ AI alətləri (məsələn, ChatGPT, Microsoft Copilot və analoji həllər) ilə işləmək və onların layihə idarəetmə proseslərində effektiv tətbiqi üzrə praktiki bilik; MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı Layihə idarəetməsi üzrə sertifikatlar üstünlükdür Böyük və çoxfunksiyalı komandaların koordinasiyası və layihələrə rəhbərlik etmək bacarığı; Layihə planlaşdırılması, büdcə idarəetməsi və risklərin idarə edilməsi üzrə biliklər; Analitik düşüncə və məlumatlar əsasında qərarvermə bacarığı; Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Eyni anda bir neçə layihəni prioritetləşdirərək idarə etmək bacarığı; Nəticəyönümlülük, liderlik və yüksək məsuliyyətlilik.