Digər · kapital
Komplayens departamentinin Komplayens hesabatlığı şöbəsinin aparıcı mütəxəssisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 13.10.2026 · Son tarix: 21.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Birbank-ın strateji fəaliyyətində mühüm rol oynayan Komplayens hesabatlığı şöbəsinə komanda yoldaşı axtarırıq. Bu rol Bankın komplayens hesabatlarının hazırlanması, müvafiq daxili strukturları və dövlət qurumlarına dəqiq və vaxtında təqdim olunmasını əhatə edir. Bu vəzifədə Siz həm gündəlik hesabatların hazırlanmasında, həm də yeni regulyativ tələblərə uyğun proseslərin qurulmasında iştirak edəcəksiniz. Sizin işiniz yalnız hesabatların hazırlanması ilə məhdudlaşmayacaq, həm də Bankın sabit fəaliyyətinə və risklərin effektiv idarə olunmasına mühüm töhfə verəcək. Vəzifə öhdəlikləri: Bankın məlumat bazalarından zəruri məlumatların sorğulanması, analizi və tənzimləyici/daxili hesabatların hazırlanması; Mövcud hesabatlıq skriptlərinin optimallaşdırılması və yeni biznes tələblərinin (reportinq meyarlarının) skriptlərə tətbiq edilməsi; AML və ya risklərin idarə edilməsi çərçivəsində yeni şübhəlilik indikatorları üzrə (monitoring/screening) skriptlərin işlənib hazırlanması; Nəzarətedici qurumlar tərəfindən tələb olunan hesabat məlumatlarının müvafiq proqram təminatında toplanmasına və onların dəqiqliyinə nəzarət edilməsi. Tələblər: İT, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsilin olması; Bank sektorunda, xüsusilə hesabatlıq və ya data analitika sahəsində ən azı 2 il iş təcrübəsinin olması; Verilənlər bazaları ilə işləmə təcrübəsinin olması; SQL, PL/SQL və MS Excel üzrə qabaqcıl səviyyədə biliklərin olması; HTML, CSS, XML və JSON formatları ilə işləmə bacarığının olması; Python proqramlaşdırma dilini bilməyin üstünlük hesab edilməsi; Hesabat sənədləşməsi və texniki tapşırıqlarla işləmək üçün texniki səviyyədə ingilis dili biliklərinin olması. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri