Digər · kapital
Kiçik və Orta Sahibkarlarla İş Departamentinin Təcrübəçisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Başlanğıc (Junior)
Elan tarixi: 27.08.2026 · Son tarix: 20.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Bu rolda ölkədə kiçik və orta biznesin inkişafına dəstək olan Birbankın KOS komandasında real layihələrə və proseslərə dəstək göstərəcəksən. Müştəri portfelinin analizi, biznes müraciətlərinin ilkin qiymətləndirilməsində komandaya köməklik olunması, bazar araşdırmalarının aparılması və departament daxili hesabatlılığın hazırlanmasında iştirak etmək sənin əsas fəaliyyət istiqamətlərin olacaq. Vəzifə öhdəlikləri: • KOS kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək; • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək; • Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək; • Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək; • Görülmüş işlər üzrə hesabatlar vermək. Tələblər: Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil; Təqdimat bacarığı; Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma; Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə; Müştəriyönümlü yanaşma; Səlis azərbaycan dili biliyi (rus dili biliyi üstünlükdür) Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri