IT və texnologiya · Glorri
(BI & reporting) Data analitik / Aparıcı data analitik
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 13.10.2026 · Son tarix: 12.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Məlumatlar bazasının düzgün idarə olunması, məlumatların düzgünlüyünün yoxlanılması və təmin edilməsi; - Bankdaxili məlumatlar bazasına aid terminologiyanın düzgün təyin və təmin olunması; - Məlumatlar bazasının təkmilləşdirilməsinə aid layihələrin təşkili və idarə olunması; - Bankdaxili hesabtlılığın və vizuallaşdırmanın təmin olunması (Tableau); - Bankdaxili məlumatların, hesabatların və məlumat bazası ilə əlaqəli kommunikasiyanın düzgün aparılmasının təmin edilməsi; - Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi; - Məlumatı emal edib təhlil üçün lazımi formata salınması; - Məlumatın əldə edilməsi və layihələrin idarə edilməsi təşəbbüslərinə başlamaq və icrasında iştirak edilməsi. Təhsil (universitetləri və ya ixtisası qeyd edin): - İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil Tələb olunan iş təcrübəsi (il): - Vəzifə üzrə minimum 1 il iş təcrübəsi; - CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olması arzuolunandır. Tələb olunan bilik, bacarıqlar - Biznesin / Data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər; - Hesabatların vizuallaşdırılması (Tableau); - Azərbaycan dili əla, ingilis dili biliyi yaxşı; Tələb olunan kompüter proqramları üzrə biliklər (1C, keeper və s.): - Yüksək Excel bilikləri; - SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar; - Tableau \ Data Vizuallaşdırılması. Tələb olunan şəxsi keyfiyyətlər: - Təhlil bacarığı; - Problem həlletmə bacarığı; - Komanda işi və əməkdaşlıq bacarığı; - Ünsiyyət bacarıqları.