Digər · Glorri
Tədarükçülərin idarə edilməsi üzrə təcrübəçi / assisent
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Başlanğıc (Junior)
Elan tarixi: 13.10.2026 · Son tarix: 25.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Fəaliyyət sahələri üzrə yerli və xarici bazarlarda potensial tədarükçülərin axtarışı və araşdırılmasında iştirak etmək; - Potensial tədarükçülərlə görüşlərin təşkili prosesinə dəstək göstərmək; - Yeni tədarükçülərə ixtisas uyğunluğunun qiymətləndirilməsi üçün tələb olunan sənədlərin göndərilməsində, sənədlərin vaxtında və düzgün qaydada geri toplanmasında iştirak etmək; - Tədarükçülər tərəfindən təqdim olunan məlumat və sənədləri müəyyən edilmiş meyarlar əsasında ilkin nəzərdən keçirmək, referansların və müqavilə sənədlərinin uyğunluğunun araşdırılmasına dəstək göstərmək; - Tədarükçülərin ilkin qiymətləndirilməsi üzrə məlumatları toplamaq, təhlil etmək və hesabatların hazırlanmasında iştirak etmək; - Qiymətləndirmə prosesindən keçmiş tədarükçülər haqqında məlumatların müvafiq məlumat bazasına daxil edilməsinə və məlumat bazasının mütəmadi yenilənməsinə dəstək göstərmək; - Tədarükçüləri fəaliyyət sahələri və ixtisaslaşmaları üzrə kateqoriyalara ayırmaq, məlumat bazasındakı məlumatların aktuallığını yoxlamaq; - Tədarükçülərin ixtisas uyğunluğunun qiymətləndirilməsi üçün təqdim etdikləri sənədlərin elektron və fiziki arxivləşdirilməsində iştirak etmək; - Tədarükçülərə həvalə edilmiş iş və layihələr barədə məlumatların qeydiyyatının aparılmasına, layihələrin nəticələri üzrə qiymətləndirmə məlumatlarının toplanmasına və məlumat bazasına işlənməsinə dəstək göstərmək; - Daxili bazarda mal-materialların qiymət tendensiyalarını izləmək, bazar araşdırmaları aparmaq, qiymət məlumatlarını toplamaq və nəticələri sistemləşdirmək; - Tədarükçülərlə bağlı məlumatların dəqiqliyini və tamlığını yoxlamaq, zəruri hallarda məlumatların yenilənməsi üçün müvafiq şəxslərlə əlaqələndirmə aparmaq; - Şöbənin gündəlik fəaliyyətində inzibati və təşkilati işlərin yerinə yetirilməsinə dəstək göstərmək; - Birbaşa rəhbər tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək. - Müvafiq sahə üzrə ali təhsil; - Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə; Rus dili biliyi üstünlükdür; - Kompüter bacarıqları: MS Office proqramlarından istifadə bacarığı; - Analitik düşünmə və məlumatların təhlili bacarığı; - Yazılı və şifahi ünsiyyət bacarıqları; - Komandada işləmək və əməkdaşlıq bacarığı; - Öyrənməyə, yeni bilik və bacarıqlar əldə etməyə həvəsli olmaq. Qeyd: Təcrübə proqramı ödənişlidir.