Bütün vakansiyalar

Maliyyə və mühasibat · smartjob

Mühasibat uçotu və hesabatlılıq şöbəsi, şöbə müdiri

“İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsiBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 13.10.2026 · Son tarix: 12.11.2026

Mənbədə son yoxlanış: 13.10.2026

Bu elan mənbədə 3 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Mühasibat uçotunun təşkili və nəzarət: Milli Mühasibat Uçotu Standartlarına və mühasibat haqqında qanunvericiliyə uyğun olaraq gündəlik mühasibat proseslərinin idarə olunmasını təşkil etmək və gedişata tam nəzarət etmək.Hesabatlılıq: Vergi, statistika, məşğulluq, DSMF və digər dövlət hesabatlarının vaxtında, dürüst tərtib olunmasına və e-taxes.gov.az və e-gov portalları vasitəsilə göndərilməsinə nəzarət etmək.Xarici kommunikasiya və əlaqələr: Banklar, Dövlət Vergi Xidməti, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Agentliyi və digər dövlət qurumları ilə rəsmi yazışmaları idarə etmək; təchizatçılar və subpodratçılarla danışıqlar aparmaq, maliyyə məsələləri üzrə operativ əlaqə qurmaq.Kənar audit və yoxlamalar: İllik kənar audit (maliyyə auditi) prosesini idarə etmək, auditorlar üçün lazımi məlumat və hesabatları hazırlamaq; Hesablama Palatası, vergi və digər dövlət yoxlamaları zamanı qurumu rəsmi təmsil etmək.Aylıq və dövr bağlanışları: Ay sonu dövr bağlanışı prosesini idarə etmək, aylıq mühasibat və idarəetmə hesabatlarını (Dövriyyə balansı (Trial Balance), debitor/kreditor hesabatları və s.) hazırlamaq, balansa nəzarət etmək.Aktivlərin, anbarın və əməkhaqqının idarə edilməsi: Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material qiymətlilərinin (anbar uçotunun) və əməkhaqqı hesablamalarının daxili prosedurlara və qanunvericiliyə uyğun olaraq düzgün aparılmasını bilmək və nəzarətdə saxlamaq.Maliyyə intizamı və şəffaflıq: Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin hərəkətinə, xərclərin smetaya (büdcəyə) uyğun xərclənməsinə ciddi maliyyə intizamı çərçivəsində nəzarət etmək.Sistemin inkişafı və avtomatlaşdırma: Mühasibatlıq proqramlarının və iş proseslərinin təkmilləşdirilməsi üçün proqramda lazımi struktur dəyişikliklərini və yeni funksionallıqları müəyyən etmək, texniki tapşırıqları hazırlamaq və bu istiqamətdə İT/tərtibatçı komandası ilə effektiv kommunikasiya qurmaq.Üzləşmələr və rekonsilyasiya (Recon): Bank, kassa, təchizatçı və müştəri hesablarının, dövriyyə cədvəli qalıqlarını yoxlamaq, üzləşdirmə proseslərini və verilən tapşırıqların icrasını təmin etmək.Qanunvericiliyə uyğunluq: Vergi, Əmək və Mülki məcəllələrin tələblərinə riayət olunmasını təmin etmək, vergi risklərini öncədən müəyyən edərək minimuma endirmək.Komandanın idarə edilməsi: Şöbə daxilində iş bölgüsü aparmaq, əməkdaşların gündəlik/aylıq tapşırıqlarının icra keyfiyyətinə nəzarət etmək. Əsas vəzifələr Mühasibat uçotunun təşkili və nəzarət: Milli Mühasibat Uçotu Standartlarına və mühasibat haqqında qanunvericiliyə uyğun olaraq gündəlik mühasibat proseslərinin idarə olunmasını təşkil etmək və gedişata tam nəzarət etmək. Hesabatlılıq: Vergi, statistika, məşğulluq, DSMF və digər dövlət hesabatlarının vaxtında, dürüst tərtib olunmasına və e-taxes.gov.az və e-gov portalları vasitəsilə göndərilməsinə nəzarət etmək. Xarici kommunikasiya və əlaqələr: Banklar, Dövlət Vergi Xidməti, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Agentliyi və digər dövlət qurumları ilə rəsmi yazışmaları idarə etmək; təchizatçılar və subpodratçılarla danışıqlar aparmaq, maliyyə məsələləri üzrə operativ əlaqə qurmaq. Kənar audit və yoxlamalar: İllik kənar audit (maliyyə auditi) prosesini idarə etmək, auditorlar üçün lazımi məlumat və hesabatları hazırlamaq; Hesablama Palatası, vergi və digər dövlət yoxlamaları zamanı qurumu rəsmi təmsil etmək. Aylıq və dövr bağlanışları: Ay sonu dövr bağlanışı prosesini idarə etmək, aylıq mühasibat və idarəetmə hesabatlarını (Dövriyyə balansı (Trial Balance), debitor/kreditor hesabatları və s.) hazırlamaq, balansa nəzarət etmək. Aktivlərin, anbarın və əməkhaqqının idarə edilməsi: Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material qiymətlilərinin (anbar uçotunun) və əməkhaqqı hesablamalarının daxili prosedurlara və qanunvericiliyə uyğun olaraq düzgün aparılmasını bilmək və nəzarətdə saxlamaq. Maliyyə intizamı və şəffaflıq: Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin hərəkətinə, xərclərin smetaya (büdcəyə) uyğun xərclənməsinə ciddi maliyyə intizamı çərçivəsində nəzarət etmək. Sistemin inkişafı və avtomatlaşdırma: Mühasibatlıq proqramlarının və iş proseslərinin təkmilləşdirilməsi üçün proqramda lazımi struktur dəyişikliklərini və yeni funksionallıqları müəyyən etmək, texniki tapşırıqları hazırlamaq və bu istiqamətdə İT/tərtibatçı komandası ilə effektiv kommunikasiya qurmaq. Üzləşmələr və rekonsilyasiya (Recon): Bank, kassa, təchizatçı və müştəri hesablarının, dövriyyə cədvəli qalıqlarını yoxlamaq, üzləşdirmə proseslərini və verilən tapşırıqların icrasını təmin etmək. Qanunvericiliyə uyğunluq: Vergi, Əmək və Mülki məcəllələrin tələblərinə riayət olunmasını təmin etmək, vergi risklərini öncədən müəyyən edərək minimuma endirmək. Komandanın idarə edilməsi: Şöbə daxilində iş bölgüsü aparmaq, əməkdaşların gündəlik/aylıq tapşırıqlarının icra keyfiyyətinə nəzarət etmək. Tələblər Təhsil: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya audit sahəsi üzrə ali təhsil. Təcrübə: Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi. İstehsalat təcrübəsi: İstehsalat uçotu sahəsində təcrübəsinin olması arzuolunandır (üstünlükdür). Sertifikat: PMS mütləq; beynəlxalq sertifikatlar (ACCA F3/F7/F9) olması üstünlükdür. Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununu bilmək. Proqram bilikləri: 1C (8.3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı. Dil bilikləri: Azərbaycan dili, ingilis və rus dili bilikləri arzuolunandır. Şəxsi keyfiyyətlər və kompetensiyalar: Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək); Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı; Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək nizam-intizam.