Tibb və səhiyyə · smartjob
Tibb bacısı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 13.10.2026 · Son tarix: 23.10.2026
Mənbədə son yoxlanış: 13.10.2026
Bu elan mənbədə 3 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Universitetin tibb məntəqəsində universitet icmasının tibb bacısının səlahiyyətləri çərçivəsində ilkin tibbi yardım və gündəlik sağlamlıq ehtiyaclarına cavab verən, əlçatan və təhlükəsiz tibb bacılığı xidməti göstərmək;Universitet icmasının sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsini aparmaq, zəruri hallarda həkimə və ya ixtisaslaşmış tibb müəssisəsinə yönləndirilməsini təmin etmək, yönləndirmədən sonra zəruri hallarda nəticəni izləmək və davamlılığın təmin olunmasına dəstək göstərmək;Həkim təyinatları əsasında tibbi prosedurları həyata keçirmək və tibbi xidmətlərin təhlükəsiz və düzgün icrasını təmin etmək;Yıxılma, travma, huşun pozulması, kəskin xəstəlik və digər təcili hallarda standart ilkin yardım alqoritmlərinə uyğun hərəkət etmək;Universitet icmasında sağlamlıq risklərini erkən müəyyənləşdirmək; arterial təzyiq, bədən çəkisi və digər sadə göstəricilər üzrə ilkin qiymətləndirmələri tibb bacısının səlahiyyətləri çərçivəsində aparmaq, risk olduqda uyğun xidmətə yönləndirmək;Universitet icmasına sağlam həyat tərzi, qidalanma, fiziki aktivlik, yuxu, stressin idarə olunması, xroniki xəstəlik risklərinin azaldılması və digər uyğun mövzularda tibb bacısının səlahiyyətləri daxilində fərdi sağlamlıq məsləhətçiliyi vermək;Psixoloji sıxıntı və ya psixososial risk əlamətləri müşahidə edildikdə ilkin dəstəkləyici ünsiyyət qurmaq, təhlükə əlamətlərini tanımaq və şəxsi universitet psixoloquna, həkimə və ya digər uyğun xidmətə yönləndirmək;Tibbi preparatların, sarğı materiallarının, tibbi avadanlıq və ləvazimatların düzgün saxlanılmasına, istifadəsinə və uçotuna nəzarət etmək;Tibb məntəqəsinin sanitariya-gigiyena və infeksiyaya nəzarət tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etmək, yoluxucu xəstəlik əlamətlərinin erkən tanınması və universitet daxilində uyğun infeksiya profilaktikası tədbirlərinin təşkili üzrə aidiyyəti bölmələrlə əməkdaşlıq etmək;Universitet icmasının sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi və xəstəliklərin profilaktikası ilə bağlı maarifləndirici tədbirlərdə iştirak etmək, ehtiyaclara əsaslanan sağlamlıq maarifləndirilməsi proqramları, qısa təlimlər və kampaniyalar planlaşdırmaq və həyata keçirmək;Universitet icmasının sağlamlıq ehtiyaclarını və təkrarlanan müraciətləri ümumi səviyyədə təhlil etmək, fərdi məxfiliyi qorumaqla risk sahələri və profilaktik tədbirlər barədə rəhbərliyə təkliflər vermək;Universitetdə tələbə və əməkdaşların təhlükəsizliyinə təsir edə biləcək sağlamlıq risklərinin – məsələn, yıxılma riski, ergonomik problemlər, yoluxucu xəstəliklər və digər ətraf mühit risklərinin – müəyyənləşdirilməsində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;Universitetdə keçirilən tədbirlər zamanı tibbi xidmət və ilkin yardımın təşkilində iştirak etmək, kütləvi tədbirlər üçün ilkin tibbi yardım hazırlığını və zəruri tibbi ləvazimatların mövcudluğunu əvvəlcədən planlaşdırmaq;Göstərilən tibbi xidmətlər üzrə müraciətlərin səbəbləri, yönləndirmələr və profilaktik fəaliyyətlər üzrə strukturlaşdırılmış qeydiyyat aparmaq;Tələbə və əməkdaşların şəxsi və tibbi məlumatlarının məxfiliyini qorumaq, peşə etikası və müəyyən edilmiş qaydalara riayət etmək;Universitet rəhbərliyi, Qarabağ Universiteti Klinikası və aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək və vəzifə üzrə digər tapşırıqları yerinə yetirmək;Universitet daxilində tibb bacılığı peşəsinin müasir, görünən və etibarlı təmsilçisi kimi fəaliyyət göstərmək; təşəbbüskar olmaq, xidmətin inkişafı üçün təkliflər irəli sürmək və gələcəkdə universitet icma sağlamlığı xidmətinin formalaşdırılmasına töhfə vermək. Əsas vəzifələr Universitetin tibb məntəqəsində universitet icmasının tibb bacısının səlahiyyətləri çərçivəsində ilkin tibbi yardım və gündəlik sağlamlıq ehtiyaclarına cavab verən, əlçatan və təhlükəsiz tibb bacılığı xidməti göstərmək; Universitet icmasının sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsini aparmaq, zəruri hallarda həkimə və ya ixtisaslaşmış tibb müəssisəsinə yönləndirilməsini təmin etmək, yönləndirmədən sonra zəruri hallarda nəticəni izləmək və davamlılığın təmin olunmasına dəstək göstərmək; Həkim təyinatları əsasında tibbi prosedurları həyata keçirmək və tibbi xidmətlərin təhlükəsiz və düzgün icrasını təmin etmək; Yıxılma, travma, huşun pozulması, kəskin xəstəlik və digər təcili hallarda standart ilkin yardım alqoritmlərinə uyğun hərəkət etmək; Universitet icmasında sağlamlıq risklərini erkən müəyyənləşdirmək; arterial təzyiq, bədən çəkisi və digər sadə göstəricilər üzrə ilkin qiymətləndirmələri tibb bacısının səlahiyyətləri çərçivəsində aparmaq, risk olduqda uyğun xidmətə yönləndirmək; Universitet icmasına sağlam həyat tərzi, qidalanma, fiziki aktivlik, yuxu, stressin idarə olunması, xroniki xəstəlik risklərinin azaldılması və digər uyğun mövzularda tibb bacısının səlahiyyətləri daxilində fərdi sağlamlıq məsləhətçiliyi vermək; Psixoloji sıxıntı və ya psixososial risk əlamətləri müşahidə edildikdə ilkin dəstəkləyici ünsiyyət qurmaq, təhlükə əlamətlərini tanımaq və şəxsi universitet psixoloquna, həkimə və ya digər uyğun xidmətə yönləndirmək; Tibbi preparatların, sarğı materiallarının, tibbi avadanlıq və ləvazimatların düzgün saxlanılmasına, istifadəsinə və uçotuna nəzarət etmək; Tibb məntəqəsinin sanitariya-gigiyena və infeksiyaya nəzarət tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etmək, yoluxucu xəstəlik əlamətlərinin erkən tanınması və universitet daxilində uyğun infeksiya profilaktikası tədbirlərinin təşkili üzrə aidiyyəti bölmələrlə əməkdaşlıq etmək; Universitet icmasının sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi və xəstəliklərin profilaktikası ilə bağlı maarifləndirici tədbirlərdə iştirak etmək, ehtiyaclara əsaslanan sağlamlıq maarifləndirilməsi proqramları, qısa təlimlər və kampaniyalar planlaşdırmaq və həyata keçirmək; Universitet icmasının sağlamlıq ehtiyaclarını və təkrarlanan müraciətləri ümumi səviyyədə təhlil etmək, fərdi məxfiliyi qorumaqla risk sahələri və profilaktik tədbirlər barədə rəhbərliyə təkliflər vermək; Universitetdə tələbə və əməkdaşların təhlükəsizliyinə təsir edə biləcək sağlamlıq risklərinin – məsələn, yıxılma riski, ergonomik problemlər, yoluxucu xəstəliklər və digər ətraf mühit risklərinin – müəyyənləşdirilməsində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək; Universitetdə keçirilən tədbirlər zamanı tibbi xidmət və ilkin yardımın təşkilində iştirak etmək, kütləvi tədbirlər üçün ilkin tibbi yardım hazırlığını və zəruri tibbi ləvazimatların mövcudluğunu əvvəlcədən planlaşdırmaq; Göstərilən tibbi xidmətlər üzrə müraciətlərin səbəbləri, yönləndirmələr və profilaktik fəaliyyətlər üzrə strukturlaşdırılmış qeydiyyat aparmaq; Tələbə və əməkdaşların şəxsi və tibbi məlumatlarının məxfiliyini qorumaq, peşə etikası və müəyyən edilmiş qaydalara riayət etmək; Universitet rəhbərliyi, Qarabağ Universiteti Klinikası və aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək və vəzifə üzrə digər tapşırıqları yerinə yetirmək; Universitet daxilində tibb bacılığı peşəsinin müasir, görünən və etibarlı təmsilçisi kimi fəaliyyət göstərmək; təşəbbüskar olmaq, xidmətin inkişafı üçün təkliflər irəli sürmək və gələcəkdə universitet icma sağlamlığı xidmətinin formalaşdırılmasına töhfə vermək. Tələblər Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət tibb kollecində və ya universitetlərdə Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibb təhsili; qanunvericiliklə tələb olunan peşə sənədlərinə uyğunluq. Tibb bacısı kimi müvafiq iş təcrübəsi; İlkin tibbi yardım, tibbi prosedurlar, sanitariya-gigiyena və infeksiyaya nəzarət qaydaları üzrə bilik və praktiki bacarıqlar; Klinik müşahidə, ilkin qiymətləndirmə və triaj bacarığı; təcili və təxirəsalınmaz hallarda çevik və düzgün qərar vermək bacarığı; Tələbələr, akademik, inzibati və digər əməkdaşlarla effektiv, etik və hörmətli kommunikasiya qurmaq bacarığı; Sağlamlıq mövzusunda fərdi məsləhət vermək, maarifləndirici təqdimat və qısa təlim aparmaq bacarığı; Özünü aydın ifadə etmək, peşəni layiqincə təmsil etmək, təşəbbüs göstərmək və müstəqil işləməklə yanaşı komanda ilə əməkdaşlıq etmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik, operativlik, stressə davamlılıq və komanda ilə işləmək bacarığı; Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; MS Office proqramlarından istifadə bacarığı. Ali təhsil müəssisəsində, tələbə sağlamlığı mərkəzində və ya təhsil mühitində tibb bacısı kimi iş təcrübəsi; Icma sağlamlığı, ailə sağlamlığı, məktəb/universitet sağlamlığı və ya işçi sağlamlığı sahəsində təcrübə; Tələbələr və gənclərlə, eləcə də müxtəlif yaş qruplarından olan əməkdaşlarla işləmək təcrübəsi; Təcili yardım, ilk yardım, əsas həyat dəstəyi (BLS), triaj, infeksiyaların profilaktikası və digər müvafiq istiqamətlər üzrə əlavə təlim və sertifikatlar; Sağlamlıq maarifləndirilməsi, profilaktik proqramların və sağlamlıq kampaniyalarının təşkili təcrübəsi; Liderlik potensialı, xidmətin qurulması və inkişafı ilə bağlı təşəbbüs göstərmək bacarığı.