Bütün vakansiyalar

Satış və marketinq · Glorri

Satış üzrə Menecer/Cluster Sales Manager

TABIA Group LLC657 Hüseynqulu Sarabski, Bakı 1007, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 13.10.2026 · Son tarix: 12.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Müəssisə üzrə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq. - Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq. - Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq. - Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “TABİA Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək. - Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq. - Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq. - Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək. - Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək. - Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini birbaşa rəhbərinə təqdim etmək. - Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək. - Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq. - Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək. - Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq. - Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq. - Məhsula dair bilikləri daima yeniləmək. Təhsil : Ali İş təcrübəsi: 5-8 il Bilik və Bacarıqlar: - Müştəri məlumat bazalarını idarə etmək bacarığı; - CRM və loyallıq proqram təminatını dərindən başa düşməli; - Ölkədaxili və beynəlxalq səyahətlər üçün giriş-çıxış məhdudiyyətlərinin olmaması; - Peşəkar statistik proqram təminatı və ya ən azı MS Excel-də satış analitikasını həyata keçirmək bacarığı; - Yerli və xarici səyahət bazarları haqqında ekosistemi bilmək; - Korporativ və ticari hesabların idarə edilməsi və inkişaf etdirilməsi bacarığı; - Planlama və təşkilatçılıq; - Təşkilati həssaslıq. Kompüter bilikləri: - Microsoft Office və Opera proqram təminatından istifadə qabiliyyəti – yüksək səviyyədə; Dil bilikləri: - Azərbaycan dili – sərbəst; - Rus və ya ingilis dili – yüksək səviyyədə; Ünvan: Bakı şəhəri/ Hilton Garden Inn Baku / Excelsior Hotel & Spa Baku, Curio Collection by Hilton/The Central Point Baku