Bütün vakansiyalar

IT və texnologiya · yelo

Data elmi üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis - Risk

Yelo BankBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 12.10.2026 · Son tarix: 11.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Vakansiya növü: Tam ştat Kateqoriya: Maliyyə, Biznes və idarəetmə Elan tarixi: 12-10-2026 Son Tarix: 11-11-2026 Vəzifə və öhdəliklər • Kredit risk modellərinin (PD, LGD, EAD, Skorinq modelləri və s.) hazırlanması, təkmilləşdirilməsi və monitorinqi. • Müştəri davranışları, ödəniş intizamı və kredit portfeli üzrə analitik araşdırmaların aparılması. • Model üçün tələb olunan məlumatların hazırlanması və xüsusiyyətlərin (feature engineering) yaradılması. • Modellərin performansının qiymətləndirilməsi, validasiyası və stabilliyinin monitorinqi. • Risk, Biznes, İT və digər aidiyyəti komandalarla əməkdaşlıq. • Analitik nəticələrin və tövsiyələrin rəhbərliyə təqdim edilməsi. • Modellərin istehsal mühitinə tətbiqi və sonrakı monitorinq proseslərinin dəstəklənməsi. • Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi. Tələblər Ali təhsil; Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək; Python`la iş təcrübəsi; SQL biliyi böyük üstünlükdür; Qabaqcıl statistik üsullar və konsepsiyalar, o cümlədən reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s. sahəsində bilik və təcrübə; Statistik anlayışları və bilikləri real tətbiq etmək təcrübəsi; Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableu və s.) istifadə etmək bacarığı; Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları; Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi. Biz Sizə nə təklif edirik: Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; Tibbi sığorta proqramına qoşulma; Müasir idarəetmə sistemi və mehriban kollektiv.