IT və texnologiya · kapital
Kredit Portfelinə Nəzarət Departamentinin Təqib Strategiyalarının İdarə Edilməsi və Analitikası Şöbəsinin Mütəxəssisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 30.09.2026 · Son tarix: 18.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Birbankın Kredit Portfelinə Nəzarət Departamentinin Təqib Strategiyalarının İdarə Edilməsi və Analitikası Şöbəsinə kredit portfelinin keyfiyyətini qoruyacaq, təqib strategiyalarını optimallaşdıraraq risklərin effektiv idarə edilməsinə və müştəri təcrübəsinin yaxşılaşdırılmasına töhfə verəcək peşəkar axtarırıq. Vəzifə öhdəlikləri: Təqib strategiyalarının hazırlanması, tətbiqi və monitorinqini təmin etmək; Təqib effektivliyinin artırılması üçün təkliflər vermək; Strategiyaların effektivliyini qiymətləndirmək təhlillər aparmaq və nəticələri təqdim etmək; Mövcud təqib proseslərinin geniş müqayisəli təhlilini aparmaq və təkliflər formalaşdırmaq; Statistik məlumatları toplamaq, emal etmək və hesabatlar hazırlamaq; Tendensiyaları, riskləri və imkanları müəyyən etmək; Təqib ilə əlaqəli bütün proseslərə nəzarəti həyata keçirmək; Qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğu təmin etmək; Potensial riskləri əvvəlcədən müəyyən etmək və qiymətləndirmək; Risklərin minimuma endirilməsi üçün tədbirlər hazırlamaq. Tələblər: Ali təhsil; Bank və ya maliyyə sahəsində kredit portfeli üzrə yığım və ya kredit risk idarəçiliyində ən az 2 il iş təcrübəsi; BI alətlərindən (Tableau - mütləqdir, Power BI, Dataiku - arzuolunandır) istifadə etmək bacarığı; Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə; Problem həlletmə bacarığı və nəticəyönümlülük; Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri