Bütün vakansiyalar

Maliyyə və mühasibat · kapital

Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə Qrup Rəhbəri

m10Bakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 19.06.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Bu rolda şirkətin strateji hədəflərinə uyğun büdcələşdirmə, maliyyə planlaşdırılması və modelləşdirilməsi proseslərinə rəhbərlik edəcəksən. Maliyyə təhlilləri və proqnozlar vasitəsilə biznes qərarlarının qəbuluna dəstək olmaq, maliyyə resurslarının effektiv planlaşdırılmasını təmin etmək və komandanın inkişafına töhfə vermək sənin əsas fəaliyyət istiqamətlərin olacaq. Vəzifə öhdəlikləri: Şirkət və struktur bölmələr üzrə illik büdcələrin hazırlanması və təkmilləşdirilməsi prosesinə rəhbərlik etmək; Büdcələşdirmə prosesini koordinasiya etmək, struktur bölmələrə effektiv əməkdaşlığı təmin etmək və məlumatların vaxtında təqdim olunmasına nəzarət etmək; Biznes planlaşdırması, investisiya layihələri və məhsul gəlirliliyinin qiymətləndirilməsi üçün maliyyə modellərinin hazırlanmasına və inkişafına rəhbərlik etmək; Aylıq və rüblük maliyyə proqnozlarının, performans hesabatlarının və analitik təhlillərin hazırlanmasını təşkil etmək və nəticələri rəhbərliyə təqdim etmək; Büdcə-fakt müqayisələrini, maliyyə göstəricilərinin təhlilini və əsas kənarlaşmaların araşdırılmasını təmin etmək; Büdcə, proqnozlaşdırma və maliyyə modelləşdirilməsi proseslərində istifadə olunan metodologiyaların, alətlərin və hesabatlılıq formatlarının təkmilləşdirilməsinə rəhbərlik etmək; Komanda üzvlərinin fəaliyyətini idarə etmək, onların peşəkar inkişafını dəstəkləmək və şöbənin hədəflərinə nail olunmasını təmin etmək. Tələblər: Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil; Büdcələşdirmə, maliyyə modelləşdirilməsi, maliyyə təhlili və ya biznes planlaşdırılması sahəsində minimum 5 il iş təcrübəsi; Komanda idarəetməsi və ya funksional koordinasiya üzrə minimum 1–2 il iş təcrübəsi; Büdcələşdirmə, maliyyə proqnozlaşdırılması, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlılığı üzrə dərin biliklər; MS Excel və PowerPoint proqramlarından yüksək səviyyədə istifadə bacarığı; Bank və FinTech sektorunda iş təcrübəsi ; ERP, Power BI, SQL və digər büdcə planlaşdırma sistemləri və analitik alətlərlə iş təcrübəsi ; ACCA, CIMA, CFA, FMVA və ya digər müvafiq sertifikatların olması; Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə; Problem həlletmə bacarığı və nəticəyönümlülük; Effektiv kommunikasiya və şöbələrarası əməkdaşlıq qabiliyyəti; Sahiblənmə və məsuliyyət hissi; Davamlı öyrənmə və inkişaf həvəsi. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri