Bütün vakansiyalar

Digər · kapital

Yerində Xidmət Bölməsinin Kiçik Mütəxəssisi (Naxçıvan Regionu üzrə)

BirbankNaxçıvan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 12.10.2026 · Son tarix: 19.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Birbankda Yerində xidmət bölməsində Naxçıvan regionu üzrə müştərilərə yerində operativ və keyfiyyətli bank xidmətlərinin göstərilməsini təmin edəcəksən. Rəqəmsal mərkəzlərdə xidmət prosesinin təşkili, bank məhsul və xidmətlərinin operativ rəsmiləşdirilməsi, müştəri ehtiyaclarının yerində analiz edilərək doğru həllərin təqdim olunması və üstün müştəri təcrübəsinin yaşadılması sənin əsas fəaliyyət istiqamətlərin olacaq. Vəzifə öhdəlikləri: Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması; Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, rəsmiləşdirilməsi və ya Bankın filiallarına yönləndirilməsi; Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi; Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi; Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması. Tələblər: Ali təhsil; Satış bacarığı; Sahiblənmə və məsuliyyət hissi; Dəyişən mühitə çevik adaptasiya; Davamlı öyrənmə və inkişaf həvəsi; Müştəriyönümlü yanaşma. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri