Bütün vakansiyalar

IT və texnologiya · kapital

Data Scientist - Future Lab

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 12.10.2026 · Son tarix: 12.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Mürəkkəb problemləri həll etmək və biznes nəticələrinə təsir edən innovativ həllər hazırlamaq üçün verilənlərdən istifadə etməyə həvəsli Data Scientist axtarırıq. Bu vəzifədə böyük həcmli və mürəkkəb məlumatları təhlil edərək faydalı nəticələr əldə edəcək, strateji qərarların qəbul edilməsinə töhfə verəcəksiniz. Vəzifə öhdəlikləri: Təhlil üçün məlumatların toplanması, təmizlənməsi və hazırlanması. Məlumatlara statistik və maşın öyrənməsi (Machine Learning) modellərinin hazırlanması və tətbiqi. Məlumatların təhlil edilərək qanunauyğunluqların və trendlərin müəyyən edilməsi. Əldə olunan nəticələrin və tövsiyələrin aidiyyəti tərəflərə təqdim edilməsi. Məlumatlar üzrə digər mütəxəssislərlə əməkdaşlıq edərək məlumat axınlarının (Data Pipelines) və infrastrukturun qurulması və dəstəklənməsi. Tələblər: Kompüter elmləri, statistika, riyaziyyat və ya əlaqəli sahə üzrə magistr dərəcəsi. Data Science və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi. Python, R və ya digər proqramlaşdırma dilləri üzrə güclü biliklər. Statistika və maşın öyrənməsi (Machine Learning) üzrə dərin anlayış. Məlumatların təhlili (Data Mining), vizuallaşdırılması (Data Visualization) və nəticələrin aydın şəkildə təqdim edilməsi (Data Storytelling) üzrə təcrübə. Güclü kommunikasiya və ünsiyyət bacarıqları. Müstəqil və komanda daxilində işləmək bacarığı. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri