IT və texnologiya · kapital
Biznes Analitik - Future Lab
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.10.2026 · Son tarix: 12.11.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Bu rolun əsas məqsədi, Bir ekosisteminin məlumatların effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək, və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir. Vəzifə öhdəlikləri: Fərqli verilənlər bazalarından data çəkərək Oracle BI mühitində mərkəzləşdirilmiş hesabatlar və idarəetmə panelləri (Dashboards) hazırlamaq; Böyük data həcmi ilə işləyən, gecikən və yüksək resurs aparan hesabatların SQL sorğularını analiz etmək və performansını (Performance Tuning) təmin etmək; Biznes tərəfindən daxil olan müraciətlər əsasında mövcud SQL skriptlərində dəyişikliklər etmək, xətaları diaqnostika edib aradan qaldırmaq; Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil etmək, aparılmış analizlər əsasında hesabat və təkliflər hazırlamaq; Data analitikası sahəsindəki yenilikləri izləmək, innovativ həlləri tətbiq etmək və data əsaslı fəaliyyət strategiyaları üzrə təkliflər vermək; Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər: Ali təhsil (Riyaziyyat, İT, Kompüter Elmləri və ya müvafiq sahə üzrə); İri həcmli məlumat bazaları və Advanced SQL sorğu dili ilə işləmək bacarığı; Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı Data analitika alətlərindən (Python, R və s.) ən azı biri ilə işləmə bacarığı; Yaxşı səviyyədə MS Excel bilikləri; Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri; Analitik düşünmə, böyük həcmli məlumatlarla işləmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri