IT və texnologiya · kapital
Biznes Analitik - Risk texnologiyaları sahəsi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.10.2026 · Son tarix: 30.11.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Bu rolun əsas məqsədi, Bir ekosisteminin Fintek biznesində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir. Vəzifə öhdəlikləri: Yeni biznes imkanlarını və inkişaf strategiyalarını müəyyən etmək üçün Məhsul Komandası ilə əməkdaşlıq etmək; Bazar trendlərini, müştəri ehtiyaclarını və rəqiblərin fəaliyyətini anlamaq üçün bazar araşdırması və təhlili aparmaq; Məhsul performansını və müştəri məmnuniyyətini artırmaq üçün imkanları müəyyən etmək üçün məlumatları təhlil etmək; Yeni məhsul ideyalarını və biznes təşəbbüslərini qiymətləndirmək üçün maliyyə modelləri və texniki hesabat hazırlamaq; Rəhbərlik və digər maraqlı tərəflər üçün emal olunmuş məlumatı və tövsiyələri ümumiləşdirən hesabatlar və təqdimatlar hazırlamaq; Fintex və ya Ödənişlər biznesinə təsir göstərə biləcək sənaye trendlərini və dəyişiklikləri izləmək; Biznes məqsədlərini dəstəkləmək üçün Marketinq, Satış və Əməliyyatlar da daxil olmaqla digər funksional komandalarla əməkdaşlıq etmək. Tələblər: Biznes, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; Fintex, Ödənişlər və ya əlaqəli sahədə minimum 2 illik təcrübə; Məlumatların təhlili, modelləşdirmə və proqnozlaşdırma sahəsində güclü analitik bacarıqlar və təcrübə; Çağrı mərkəzləri, Çat çəstəyi və ya digər müştəri yönümlü xidmət platformalarında məlumatlarının təhlili ilə iş təcrübəsi; Məhsulların və kampaniyaların gəlir və xərclərinin hesablanması və maliyyə proqnozlarının hazırlanmasında təcrübə; Analitik tədqiqatlara, bazar trendlərinə və müştəri ehtiyaclarına əsaslanan biznes planları hazırlamaq bacarığı; Mürəkkəb maliyyə məlumatlarını bütün səviyyələrdə maraqlı tərəflərə effektiv şəkildə çatdırmaq bacarığı; Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə; Güclü ünsiyyət və əməkdaşlıq bacarıqları, müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı; Microsoft Excel və digər müvafiq proqram təminatlarında sərbəst işləmək bacarığı; Statistik təhlil, SQL və vizuallaşdırma vasitələri (Tableau, PowerBI və oxşar) üzrə biliklər mütləqdir; Python, R, SAS kimi kodlaşdırma bacarıqları üstünlük təşkil edir. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri