Bütün vakansiyalar

Dizayn və yaradıcılıq · Glorri

UX/UI Dizayner

PASHA BankBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 12.10.2026 · Son tarix: 11.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək. - İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir. - Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir. - Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq. - PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığına sahib olmaq. - Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı. - Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək. - İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək. - İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq. - Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək. - Agile metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq. - İş təcrübəsi: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür. Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi. - Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər. - Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi. - Dil bilikləri: Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər. - Kompüter bilikləri:Vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi.