Bütün vakansiyalar

IT və texnologiya · Glorri

IT Governance üzrə aparıcı mütəxəssis

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi89 Atatürk prospekti, Bakı 1069, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 12.10.2026 · Son tarix: 12.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Dövlət qurumlarında İT idarəetməsi, rəqəmsal transformasiya və informasiya sistemləri üzrə mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi; - Qiymətləndirmə nəticələri əsasında çatışmazlıqların və risklərin müəyyən edilməsi, təkmilləşdirmə üzrə tövsiyələrin hazırlanması; - Tövsiyələr və təkmilləşdirmə tədbirlərinin icra vəziyyətinin monitorinqi və nəticələr üzrə hesabatlılığın təmin edilməsi; - Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası və rəqəmsal yetkinlik göstəricilərinin qiymətləndirilməsi; - Qiymətləndirmə və diaqnostika nəticələri üzrə analitik hesabatların, təqdimatların və fəaliyyət planlarının hazırlanması; - Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğunun qiymətləndirilməsi; - Reyestrlərə (İESR, EXR və s.) qeydiyyat prosesinin həyata keçirilməsi; - İT sahəsində tətbiq edilən siyasət, prosedur, standart və digər idarəetmə sənədlərinin təhlili, habelə hazırlanması; - Elektron xidmətlərin funksional tələblərə uyğunluğunun yoxlanılması, habelə istifadəçi təcrübəsinin qiymətləndirilməsi. - Normativ sənədlərin hazırlanmasında iştirak edilməsi; - Beynəlxalq standartlar və qabaqcıl təcrübələr əsasında qiymətləndirmə metodologiyalarının və meyarlarının hazırlanması və təkmilləşdirilməsi; - Dövlət qurumları ilə görüşlərin və müzakirələrin keçirilməsi, təqdim edilən məlumatların və təsdiqedici sənədlərin təhlil edilmədi; - Hesabatlılığın təmin edilməsi; - Digər zəruri tapşırıqlar üzrə müvafiq araşdırmaların aparılması. - İT idarəetməsi, İT auditi, İT risklərinin idarə edilməsi və ya informasiya sistemlərinin qiymətləndirilməsi sahəsində minimum 2 il iş təcrübəsi; - İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; - Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı; - Rəqəmsal transformasiya, İT strategiyası və rəqəmsal yetkinliyin qiymətləndirilməsi yanaşmaları üzrə biliklər; - Elektron xidmətlərin və informasiya sistemlərinin texniki qiymətləndirilməsi və təhlili bacarığı; - Biznes proseslərinin təhlili, modelləşdirilməsi və avtomatlaşdırılması üzrə biliklər; - İnformasiya təhlükəsizliyi, ehtiyat nüsxələmə, fəlakətdən bərpa və fəaliyyətin fasiləsizliyi prinsipləri üzrə biliklər; - İT risklərinin qiymətləndirilməsi, daxili nəzarət mexanizmləri və uyğunluq tələbləri üzrə biliklər; - İT xidmətlərinin, dəyişikliklərin, insidentlərin və İT aktivlərinin idarə edilməsi prosesləri üzrə biliklər; - İnformasiya sistemlərinin arxitekturası, verilənlər bazaları, API, sistemlərarası inteqrasiya və bulud texnologiyaları üzrə texniki biliklər; - COBIT, ITIL, ISO/IEC 38500, ISO/IEC 27001 və ISO 31000 standartları və çərçivələri üzrə biliklər; - Elektron xidmətlər üzrə istifadəçi təcrübəsinin qiymətləndirilməsi və funksional tələblərə uyğunluğun yoxlanılması bacarığı; - Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti və Elektron sənəd dövriyyəsi sistemindən istifadə təcrübəsi; - MS Excel, PowerPoint və digər ofis proqramlarından sərbəst istifadə bacarığı; - Analitik təhlil, qiymətləndirmə hesabatlarının hazırlanması və əsaslandırılmış tövsiyələrin formalaşdırılması bacarığı; - Proaktivlik və müstəqil işləmə qabiliyyəti.