Bütün vakansiyalar

Kənd təsərrüfatı · Glorri

Baş aqronom (Sabirabad Regional İFT ofisi)

Prime CottonSabirabad şəhəri Heydər Əliyev prospekti 2
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 12.10.2026 · Son tarix: 11.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İllik fəaliyyət planlarını hazırlanmasında iştirak etmək, müəssisədə məhsul istehsalı üçün tələb olunan ilkin büdcə barədə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək; - Texnoloji xəritələrin hazırlanması, səpindən məhsul yığımına qədər istehsal proseslərinə nəzarət etmək; - Məhsuldarlığın artırılması və istehsal prosesinin yaxşılaşdırılması üçün təkliflər vermək; - İstehsal prosesləri zamanı təsərrüfatların toxum, gübrə, pestisid, lazımi kənd təsərrüfatı maşın və avadanlıqlarına olan ehtiyacı barədə yuxarı orqanlar qarşısında məsələ qaldırmaq; - Mütamadi olaraq təsərrüfatlarda əkinçilik üzrə monitorinqlər keçirmək, problemləri aşkar etmək, rəhbərliyə hesabat formasında təqdim etmək və onların aradan qaldırılması üçün çevik addımların atılmasını təmin etmək; - Məhsul yığımının vaxtlarını müəyyən etmək, hava şəraiti və təminata uyğun şəkildə planlaşdırmaq və həyata keçirmək; - Torpağın münbitliyinin artırılmasına diqqət yetirilməklə təsərrüfatlarda növbəli əkinçilik sistemlərinin tətbiqi və əkindən əvvəl hər hektardan məhsuldarlıq normalarının müəyyən edilməsi; - Növbəli əkin sxeminin tərtibi, sortların seçimi, səpin normasının müəyyən edilməsi, gübrələrin növləri, onların verilmə vaxtı və tətbiq üsulları və yığım qrafikinin hazırlanması; - Kənd təsərrüfatı fəaliyyətinin nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq və rəhbərliyə təqdim olunması; - Müəssisənin strateji inkişafına uyğun olaraq modernizasiya və optimallaşdırma layihələrinə rəhbərlik edilməsi. - Təhsil: Ali təhsil – Aqrar sahədə və ya idarəetmə sahəsində; - Təcrübə: Aqrar sahəsində ən azı 5 il, idarəetmə sahəsində ən azı 2 il təcrübə; - Sertifikatlar: ISO 9001, ISO 45001, ISO 14001 arzuolunandır; - Dil bilikləri: İngilis və Rus dili arzu olunandır; - Pambıq istehsalı sahəsində təcrübəyə üstünlük verilməklə, dənli bitkilərin istehsalı üzrə iş təcrübəsi; - Karantin xarakterli alaqların, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının alınması.