Digər · Glorri
Təsərrüfat işləri üzrə mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.10.2026 · Son tarix: 15.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
"ATS Mill MMC"-nin Xırdalan şəhərində yerləşən istehsalat və administrative kompleksi üçün müəssisədaxili təmizlik, nizam-intizam və operativ təsərrüfat proseslərinin fasiləsizliyini təmin edəcək Təsərrüfat işləri üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə ofis və istehsalat/anbar ərazilərində təmizlik və sanitariya standartlarına riayət olunmasına nəzarəti, təsərrüfat heyətinin (təmizlikçilər və köməkçi fəhlələr) işinin planlaşdırılması və koordinasiyasını, xırda texniki-təmir ehtiyaclarının vaxtında qarşılanmasını, eləcə də ləvazimat təminatı və inzibati təşkilati məsələlərin effektiv idarə olunmasını əhatə edir. Əsas Öhdəliklər - Ofis, müəssisə ərazisi və təsərrüfat sahələrində təmizlik və səliqəyə nəzarət etmək; - Təmizlikçi və təsərrüfat işçilərinin gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək; - Əraziyə mütəmadi baxış keçirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək; - Təsərrüfat ləvazimatları və təmizlik vasitələrinə olan ehtiyacı müəyyən etmək, onların təminatını və uçotunu təşkil etmək; - Texniki xidmət və xırda təmir işlərini təşkil və koordinasiya etmək; - Gündəlik təsərrüfat işlərinin fasiləsiz və səmərəli təşkilini təmin etmək; - Zərurət yarandıqda rəhbərliyin xarici işgüzar səfərləri ilə bağlı nəqliyyat və digər təşkilati məsələləri koordinasiya etmək; - Daxili qaydalara və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək; - Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək. Namizədə dair Tələblər - Təhsil: Bakalavr təhsili; - Təcrübə: Təsərrüfat və inzibati işlər sahəsində iş təcrübəsi olması üstünlükdür; - Peşəkar və Texniki Biliklər: - Təsərrüfat işlərinin təşkili və işçilərin fəaliyyətinə nəzarət bacarığı; - Təsərrüfat ləvazimatlarının təminatı və uçotunun aparılması bacarığı; - MS Office proqramlarında işləmək bacarığı; - Şəxsi Keyfiyyətlər: Təşkilatçılıq və koordinasiya bacarıqları, məsuliyyətlilik, dəqiqlik, operativlik, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.