IT və texnologiya · Glorri
Data elmi üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis - Risk
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.10.2026 · Son tarix: 11.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
• Kredit risk modellərinin (PD, LGD, EAD, Skorinq modelləri və s.) hazırlanması, təkmilləşdirilməsi və monitorinqi. • Müştəri davranışları, ödəniş intizamı və kredit portfeli üzrə analitik araşdırmaların aparılması. • Model üçün tələb olunan məlumatların hazırlanması və xüsusiyyətlərin (feature engineering) yaradılması. • Modellərin performansının qiymətləndirilməsi, validasiyası və stabilliyinin monitorinqi. • Risk, Biznes, İT və digər aidiyyəti komandalarla əməkdaşlıq. • Analitik nəticələrin və tövsiyələrin rəhbərliyə təqdim edilməsi. • Modellərin istehsal mühitinə tətbiqi və sonrakı monitorinq proseslərinin dəstəklənməsi. • Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi. - Ali təhsil; - Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək; - Python`la iş təcrübəsi; - SQL biliyi böyük üstünlükdür; - Qabaqcıl statistik üsullar və konsepsiyalar, o cümlədən reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s. sahəsində bilik və təcrübə; - Statistik anlayışları və bilikləri real tətbiq etmək təcrübəsi; - Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableu və s.) istifadə etmək bacarığı; - Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları; - Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi. Biz Sizə nə təklif edirik: - Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; - Tibbi sığorta proqramına qoşulma; - Müasir idarəetmə sistemi və mehriban kollektiv.