Maliyyə və mühasibat · smartjob
Təkrarsığorta əməliyyatlarına nəzarət üzrə baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Təkrarsığorta əməliyyatlarına nəzarəti həyata keçirmək;Fakultativ və obliqator (məcburi) təkrarsığorta müqavilələrini təhlil etmək;Biznes xətləri (line of business) üzrə risk faktorlarını qiymətləndirmək;Şəxsi tutumun (retention) səviyyəsini yoxlamaq və nəzarətdə saxlamaq;Təkrarsığorta üzrə qiymətqoyma (pricing) hesablamalarını aparmaq;Böhran ssenariləri zamanı anderraytinq siyasətinə uyğun olaraq alınması gözlənilən maksimum təkrarsığorta təminatı məbləğlərini təhlil etmək;Aparılan təhlillərin nəticələri üzrə arayışlar, rəylər və analitik materiallar hazırlayaraq rəhbərliyə təqdim etmək;Aktuari nəzarəti sahəsində normativ hüquqi aktların, metodiki göstərişlərin və daxili qaydaların layihələrinin hazırlanmasında iştirak etmək;Müqavilə şərtlərinin daxili prosedurlara və tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq. Əsas vəzifələr Təkrarsığorta əməliyyatlarına nəzarəti həyata keçirmək; Fakultativ və obliqator (məcburi) təkrarsığorta müqavilələrini təhlil etmək; Biznes xətləri (line of business) üzrə risk faktorlarını qiymətləndirmək; Şəxsi tutumun (retention) səviyyəsini yoxlamaq və nəzarətdə saxlamaq; Təkrarsığorta üzrə qiymətqoyma (pricing) hesablamalarını aparmaq; Böhran ssenariləri zamanı anderraytinq siyasətinə uyğun olaraq alınması gözlənilən maksimum təkrarsığorta təminatı məbləğlərini təhlil etmək; Aparılan təhlillərin nəticələri üzrə arayışlar, rəylər və analitik materiallar hazırlayaraq rəhbərliyə təqdim etmək; Aktuari nəzarəti sahəsində normativ hüquqi aktların, metodiki göstərişlərin və daxili qaydaların layihələrinin hazırlanmasında iştirak etmək; Müqavilə şərtlərinin daxili prosedurlara və tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq. Tələblər Fakultativ (facultative) və obliqator (treaty) təkrarsığorta müqavilələrinin növləri, strukturu və fərqləri üzrə dərin biliklər; Proporsional (Quota Share, Surplus) və qeyri-proporsional (Excess of Loss, Stop Loss) müqavilələr üzrə biliklər; Şəxsi tutum (retention), sedent (cedent) və təkrarsığortaçı (reinsurer) münasibətlərinin mexanizmini anlamaq; Priority, limit, layer, reinstatement kimi əsas anlayışlar üzrə praktiki biliklər; Risk qiymətləndirmə, anderraytinq siyasəti və risk qəbulu limitləri haqqında biliklər; Risk aqreqasiyası, akkumulyasiya və maksimum ola biləcək itki (PML/MPL) anlayışlarının tətbiqi; Sığorta və aktuari fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər; Aktuari hesablamalarının metodologiyası və texniki ehtiyatların hesablanması üsulları; MS Excel proqramında yüksək səviyyəli iş bacarığı (analitik funksiyalar, modelləşdirmə); Güclü analitik və problem həll etmə bacarıqları, detallara diqqət; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Aktuar elmləri, Sığorta və ya əlaqəli sahələr); Sığorta, təkrarsığorta, maliyyə nəzarəti və ya risk idarəçiliyi sahəsində minimum 4 il iş təcrübəsi; Aktuari, maliyyə və ya risk sahəsi üzrə müvafiq peşəkar sertifikatlar arzuolunandır.