Bütün vakansiyalar

Digər · smartjob

Lifting Menecer (Kran və qaldırma əməliyyatları üzrə menecer)

Sea Breeze Resort & ResidencesBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 21.09.2026 · Son tarix: 21.10.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Tikinti sahəsində fəaliyyət göstərən mobil və qüllə kranlarının əməliyyatları üçün rəsmi Qaldırma Planlarının (Lift Plan) tərtib edilməsi;Dənizkənarı ərazinin spesifikası nəzərə alınmaqla külək faktoru, torpaq şəraiti və digər risklərin öncədən qiymətləndirilməsi (TRA / Risk Assessment);Qaldırma avadanlıqlarının (troslar, sapanlar, qarmaqlar və şəkellər) sazlığının, zavod pasportlarının və beynəlxalq sertifikatlarının yoxlanılması;Kran operatorları və rigger (yükbağlayan) briqadalarının işinin koordinasiya edilməsi, onlara gündəlik təhlükəsizlik brifinqlərinin verilməsi;Sahədə hər hansı təhlükəli vəziyyət və ya qayda pozuntusu müşahidə olunduqda qaldırma əməliyyatını dərhal dayandırmaq və lazımi tədbirləri görmək. Əsas vəzifələr Tikinti sahəsində fəaliyyət göstərən mobil və qüllə kranlarının əməliyyatları üçün rəsmi Qaldırma Planlarının (Lift Plan) tərtib edilməsi; Dənizkənarı ərazinin spesifikası nəzərə alınmaqla külək faktoru, torpaq şəraiti və digər risklərin öncədən qiymətləndirilməsi (TRA / Risk Assessment); Qaldırma avadanlıqlarının (troslar, sapanlar, qarmaqlar və şəkellər) sazlığının, zavod pasportlarının və beynəlxalq sertifikatlarının yoxlanılması; Kran operatorları və rigger (yükbağlayan) briqadalarının işinin koordinasiya edilməsi, onlara gündəlik təhlükəsizlik brifinqlərinin verilməsi; Sahədə hər hansı təhlükəli vəziyyət və ya qayda pozuntusu müşahidə olunduqda qaldırma əməliyyatını dərhal dayandırmaq və lazımi tədbirləri görmək. Tələblər İnşaat, mühəndislik və ya müvafiq texniki sahədə ali təhsil; Kranların idarə olunması və ağır qaldırma əməliyyatlarına nəzarət sahəsində minimum 3-5 il iş təcrübəsi; LEEA (Lifting Equipment Engineers Association) və ya Appointed Person beynəlxalq sertifikatlarının mövcudluğu (mütləqdir); AutoCAD proqramında kranların yerləşmə sxemlərini və çertyojlarını oxumaq/qurmaq bacarığı; Güclü liderlik keyfiyyətləri, operativ qərarvermə qabiliyyəti və yüksək məsuliyyət hissi. Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir və uğurlu namizədin əmək haqqı gözləntisi nəzərə alınır. İş qrafiki: 6 günlük iş həftəsi. Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir.