Dizayn və yaradıcılıq · Hellojob
Memar-dizayner
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 01.10.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 15.10.2026
Bu elan mənbədə 3 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
İş şəraiti: • İş günləri: I-V günlər (Həftə içi) • İş saatı: 09:00-18:00. • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul. • Əmək haqqı namizədin bilik və bacarığına uyğun təyin ediləcək. • Ünvan:Çinar Park Biznes mərkəzi. İşin Təsviri: • Memarlıq üzrə dizayn mərhələlərinə (konsept, eskiz/sxematik, detallı dizayn və tikinti sənədləri) rəhbərlik və idarəetməni həyata keçirmək; • Dizayn və tikinti mərhələləri boyunca məsləhətçilər, podratçılar, təchizatçılar və icarədarlarla sıx koordinasiyanın təmin edilməsi; • Material seçimi proseslərinə dəstək göstərilməsi, o cümlədən mock-up baxışları və texniki təsdiqlər; • MEP və shop drawing-lərin nəzərdən keçirilməsi, koordinasiyası və təsdiqlənməsi; • Görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; • Müştərilərlə əməkdaşlıq edərək layihələr üzrə tələblərin müəyyən edilməsi. Tələblər: • Ali təhsil (müvafiq sahədə); • İnteryer & Eksteryer & Landşaft dizayn sahəsində azı 3 il iş təcrübəsi; • Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax və s.; • Tikinti norma və qaydaları (SNiP/SP, Azərbaycan tikinti normaları) üzrə biliklər; • Yüksək keyfiyyətli 3D modelləşdirmə və fotorealistik vizuallaşdırmaların hazırlanması; • Layihələndirmə prosesində müxtəlif sahə mühəndisləri ilə birgə işləmə bacarığı; • Məsuliyyətli, dəqiq və işi vaxtında təhvil vermək bacarığı; • Detallara diqqət və eyni zamanda bir neçə layihəni paralel idarə etmə bacarığı; • Portfolionun olması mütləqdir (İşçilik layihəsi + interyer və eksteryerin 3D görüntüləri daxil olmaqla). Göstərilən tələblərə cavab verən namizədlərdən CV və Portfoliolarını Subject/Mövzu hissədə “Memar-dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. QEYD! ; Portfolio təqdim etməyən namizədlərin müraciətləri nəzərdən keçirilməyəcək.