Hüquq · Hellojob
Qərarların Məcburi İcrası üzrə Hüquqşünas
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 06.10.2026 · Son tarix: 05.11.2026
Mənbədə son yoxlanış: 15.10.2026
Bu elan mənbədə 3 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifə öhdəlikləri Şirkətin tərəf olduğu məhkəmə qərarlarının, notariat icra qeydlərinin və digər səlahiyyətli orqanların qərarlarının icrasının təmin edilməsi; İcra qurumları, borclular və iş üzrə digər tərəflərlə effektiv işgüzar münasibətlərin qurulması və proseslərin koordinasiyası; Borclular tərəfindən ödənişlərin vaxtında və lazımi qaydada həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi; Müştəri portfeli üzrə məhkəməyə qədərki mərhələdə olan işlər üzrə borcların yığılmasının təmin edilməsi; İcra mərhələsində olan işlər üzrə məlumat bazasının yaradılması, dəqiq və aktual məlumatlarla mütəmadi yenilənməsi; İcra portfeli üzrə dövri və tələb olunan hesabatların hazırlanması və təqdim edilməsi; Şirkətin səlahiyyətli qərarvermə orqanları tərəfindən qəbul edilmiş qərarların icrası ilə bağlı zəruri tədbirlərin görülməsi; İcra işləri ilə əlaqədar zəruri hallarda ezamiyyətlərdə iştirak edilməsi; Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi. Namizədə tələblər Məhkəmə qərarlarının və digər icra sənədlərinin məcburi icrası sahəsində təcrübə üstünlükdür; Hüquq sahəsində ali təhsil (bakalavr dərəcəsi); Hüquq sahəsində 1–2 il iş təcrübəsi; Microsoft Office Yaş həddi 27-33 Kişi namizədlərə üstünlük verilir