Satış və marketinq · Hellojob
Müştərilərə satış və xidmət üzrə kiçik mütəxəssis - Şabran
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 08.10.2026 · Son tarix: 06.11.2026
Mənbədə son yoxlanış: 15.10.2026
Bu elan mənbədə 4 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Görəcəyiniz işlər: Təhkim olunmuş cari korporativ və pərakəndə müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi; Yeni korporativ və pərakəndə müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək; Müştərilərin sorğularını lazımi struktur orqanlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq; Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək; Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımi işlərin görülməsi. Bizim üçün uyğun namizəd: Ali iqtisadi təhsilə; Azərbaycan dilini səlis bilənə; rus və ingilis dili arzu olunandır; Korporativ müştərilərlə iş sahəsində minimum 1 il təcrübəyə; Yüksək səviyyədə ünsiyyət qurma bacarığına; Stresə davamlılığa; Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.