Digər · Hellojob
Layihə meneceri (Mebel sifarişləri üzrə)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026
Mənbədə son yoxlanış: 15.10.2026
Bu elan mənbədə 2 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Təsvir Müştəri sifarişinin qəbulundan təhvilinə qədər bütün mərhələlərin koordinasiya edilməsi və proseslərə nəzarət olunması; Ölçü, dizayn, render, konstruksiya və istehsal mərhələlərinin vaxtında icra olunmasına nəzarət edilməsi; Material və stok vəziyyətinin, eləcə də istehsal prosesinin nəzarətdə saxlanılması; Sifariş üzrə yarana biləcək gecikmə və problemlərin əvvəlcədən müəyyən edilməsi və onların operativ həlli üçün rəhbərliyin məlumatlandırılması; Sifarişin icrası prosesində müştəri ilə mütəmadi əlaqənin və müvafiq məlumatlandırmanın təmin edilməsi; Çatdırılma, montaj və son təhvil prosesində iştirak edilməsi; Sifarişlərin müəyyən edilmiş müddət və keyfiyyət standartlarına uyğun tamamlanmasına nəzarət edilməsi; Proseslər üzrə aylıq hesabatların hazırlanması və təqdim olunmasının təmin edilməsi. Tələblər Ali və ya orta ixtisas təhsili; Layihələrin idarə edilməsi və koordinasiyası, mebel, interyer və ya istehsalat sahəsində minimum 2-3 il iş təcrübəsi; MS Office proqramlarında işləmək bacarığı; Müştərilərlə effektiv kommunikasiya qurmaq və işgüzar münasibətləri idarə etmək bacarığı; Vaxtın düzgün idarə edilməsi və müəyyən olunmuş son tarixlərə riayət etmək bacarığı; Yüksək məsuliyyətlilik, təşkilatçılıq və sistemli iş yanaşması; Problemləri operativ şəkildə müəyyən etmək və effektiv həll yolları tapmaq bacarığı; Mebel materialları və istehsalat prosesləri haqqında praktiki anlayış; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, rus və ingilis dillərini bilməsi üstünlükdür.