Digər · Hellojob
Transformasiya üzrə Baş Biznes Partnyor
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026
Mənbədə son yoxlanış: 15.10.2026
Bu elan mənbədə 2 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Təsvir Bankın strateji transformasiya layihələri portfelinin planlaşdırılması, idarə edilməsi və icrasına nəzarət; Portfel üzrə layihələrin müddət, büdcə, resurs və nəticə göstəricilərinin monitorinqinin aparılması; Portfel üzrə ən mürəkkəb, kritik və prioritet layihələrin müstəqil şəkildə idarə edilməsi və nəticələrin təmin olunması; Biznes sifarişçiləri, məhsul sahibləri və funksional rəhbərlərlə effektiv əməkdaşlığın və koordinasiyanın təmin edilməsi; Layihə və portfel üzrə əsas risklərin, qarşılıqlı asılılıqların və resurs məhdudiyyətlərinin müəyyən edilməsi, monitorinqi və onların aradan qaldırılması üzrə rəhbərliyə təkliflərin hazırlanması; Əsas maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi, status görüşlərinin, portfel komitələrinin və strateji sessiyaların təşkilində iştirak; Layihə və portfel idarəetməsi üzrə alət və standartların, PMO proseslərinin, Agile və hibrid yanaşmaların tətbiqi və davamlı təkmilləşdirilməsi; Rəhbərlik üçün portfel üzrə analitik məlumatların, idarəetmə hesabatlarının və təqdimat materiallarının hazırlanması; Layihə menecerlərinə metodoloji və ekspert dəstəyinin göstərilməsi, qabaqcıl təcrübələrin paylaşılması və layihə idarəetmə kompetensiyalarının inkişafına töhfə verilməsi. Tələblər İqtisadiyyat, maliyyə, menecment, biznesin idarə edilməsi və ya digər əlaqəli sahələr üzrə ali təhsil; MBA və ya magistr dərəcəsinin olması üstünlükdür; Layihə və portfel idarəçiliyi üzrə minimum 5 il, aparıcı/baş layihə meneceri və ya Biznes Partnyor səviyyəsində minimum 2 il iş təcrübəsi; Böyükmiqyaslı və kross-funksional layihələrin idarə olunması üzrə təcrübə; Layihə, proqram və portfel idarəçiliyi üzrə müasir metodologiya və yanaşmalar, o cümlədən PMI, Agile, SAFe, Lean və P3O üzrə biliklər; PMP, PgMP, PRINCE2, SAFe və ya IPMA üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcək. Portfel idarəetməsi proseslərinin sıfırdan qurulması və təkmilləşdirilməsi üzrə təcrübə; Əsas maraqlı tərəflərlə və rəhbərliklə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı; Sistemli düşüncə və yüksək dinamika şəraitində effektiv qərarvermə bacarığı; Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və işgüzar yazışma bacarığı.