Satış və marketinq · Hellojob
B2B Satış mütəxəssisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 07.10.2026 · Son tarix: 06.11.2026
Mənbədə son yoxlanış: 15.10.2026
Bu elan mənbədə 2 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Hazırda şirkətimizi biznes mühitində layiqincə təmsil edəcək və məhsullarımızın təşviqində iştirak edəcək aktiv Brend Təmsilçisi axtarırıq. Sizin rolunuz: Bu vəzifədə siz həm B2B sektorunda (premium butiklər, restoranlar və gözəllik mərkəzləri) yeni korporativ müştərilərin cəlb olunmasına cavabdeh olacaq, həm də şirkətimizin daxili rəqəmsal məhsullarının hədəf kütləsinə tanıdılmasını həyata keçirəcəksiniz. Vəzifə öhdəlikləri Potensial biznes sahibləri və idarəedicilərlə görüşərək Trywex Tech-in rəqəmsal xidmətlərini peşəkar şəkildə təqdim etmək. Şirkətimizin öz istehsalı olan daxili məhsulların və tətbiqlərin PR-ı və hədəf kütlə arasında təşviqi istiqamətində fəaliyyət göstərmək. Müştərinin ehtiyaclarını analiz edərək maraq yaratmaq və sonrakı texniki proseslər üçün komandamıza yönləndirmək. Öz iş qrafikini və görüş marşrutlarını sərbəst, lakin effektiv şəkildə planlaşdırmaq. TƏLƏBLƏR Dərin texniki IT bilikləri tələb olunmur (məhsullarımız və xidmətlərimiz haqqında qısa təlim Trywex Tech tərəfindən keçiriləcək) Yüksək səviyyədə təqdimat və kommunikasiya bacarığı İşgüzar etiketə riayət etmə, peşəkar xarici görünüş və özgüvən Azərbaycan dilində sərbəst və səlis danışıq qabiliyyəti (Rus dili biliyi əlavə üstünlükdür) B2B sahəsində, satış və ya müştəri xidmətlərində təcrübə arzuolunandır. Xüsusi qeyd: Hədəf auditoriyamızın xüsusiyyətlərinə uyğun olaraq bu vakansiya üzrə xanım namizədlərə üstünlük verilir, lakin insanlarla rahat əlaqə qura bilən həvəsli namizədlər də dəyərləndiriləcək. NƏ TƏKLİF EDİRİK Sərbəstlik: Öz zamanınızı özünüz idarə edirsiniz. Sərbəst iş qrafiki ilə hədəfyönümlü çalışma imkanı. Şəffaf gəlir: Nəticəyə əsaslanan yüksək maliyyə motivasiyası (hər uğurlu layihədən cəlbedici bonus/ faiz) Komanda dəstəyi: Bütün texniki sualların cavablandırılması, xidmətlərimiz və daxili məhsullarımız haqqında təlim biz tərəfdən keçiriləcək Karyera inkişafı: Müasir IT və startap ekosisteminin bir parçası olmaq, şəhərin qabaqcıl biznes sahibləri ilə dəyərli əlaqələr qurmaq fürsəti. Dinamik mühitdə çalışmağı sevirsinizsə və peşəkar IT şirkətinin siması olmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik.