Bütün vakansiyalar

Maliyyə və mühasibat · Hellojob

İstehsalat üzrə Maliyyə Nəzarətçisi

AzProtein Foods Group MMCBakı, Buzovna qəsəbəsi, Albalılıq
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026

Mənbədə son yoxlanış: 15.10.2026

Bu elan mənbədə 2 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.

Müraciət et

E-poçtla müraciət: CV və müşayiət məktubunuzu hazırlayın, nəzərdən keçirin və göndərilməsini təsdiqləyin.

İş haqqında

Namizədə Tələblər: Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil. Mühasibat uçotu sahəsində ən azı 3 il, o cümlədən istehsalat müəssisəsində praktiki iş təcrübəsi. İstehsalat üzrə minimum 5 il iş təcrübəsi. Mühasibat uçotunun tam dövrünü bilmək: ilkin sənədlər, mühasibat yazılışları, dövriyyə-saldo cədvəli, qarşılıqlı hesablaşmalar, ehtiyatlar, xərclər, maya dəyəri və dövrün bağlanması. İstehsalat uçotu və məhsulun maya dəyərinin hesablanması üzrə praktiki biliklər. 1C proqramında sərbəst işləmək, səhvləri sənəd, hesab və analitik uçot səviyyəsində araşdırmaq bacarığı. Meatsys üzrə təcrübə üstünlükdür. Excel-də düsturlar, məlumatların uyğunlaşdırılması və icmal cədvəllərlə işləmək bacarığı. Əsas vəzifə öhdəlikləri Uçot məlumatlarının gündəlik üzləşdirilməsi, əməliyyatların düzgünlüyünün yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi; Xammalın qəbulu, istehsalata verilməsi və sərfinə, yarımfabrikat, hazır məhsul və bitməmiş istehsal uçotuna nəzarət; Anbarlararası hərəkətlərin, qaytarmaların, zay məhsul, tullantı və silinmələrin düzgün uçota alınmasının yoxlanılması; İlkin sənədlərin düzgün rəsmiləşdirilməsinə və əməliyyatların 1C sistemində düzgün əks etdirilməsinə nəzarət; Mühasibat hesabları üzrə dövriyyə, qalıq və hesab məlumatlarının təhlili; İstehsalat xərclərinin, maya dəyərinin, xammal sərfi və məhsul çıxımının düzgünlüyünün yoxlanılması; Xammal sərfi, məhsul çıxımı, texnoloji itkilər və zay məhsul üzrə kənarlaşmaların araşdırılması; Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi, məsul şəxslərlə düzəlişlərin koordinasiyası və icrasına nəzarət; Gündəlik uçotun bağlanmasının yoxlanılması və nəticələr üzrə gündəlik hesabatların hazırlanması; Ciddi uyğunsuzluqlar və mümkün maliyyə itkiləri barədə rəhbərliyə operativ məlumat verilməsi; Təkrarlanan səhvlərin təhlili və uçot, sənəd dövriyyəsi və nəzarət proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması. Əmək haqqı: 2000-2500 manat İş qrafiki: 6 günlük. Müəssə Buzovnada yerləşir. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.