Maliyyə və mühasibat · Hellojob
Kredit mütəxəssisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 09.10.2026 · Son tarix: 08.11.2026
Mənbədə son yoxlanış: 15.10.2026
Bu elan mənbədə 2 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Güvənli MMC Təcrübəçi kredit mütəxəssisi vakansiyasını açıq elan edir. Vəzifə öhdəlikləri: Təşkilatın kredit məhsullarını təbliğ etmək, müştəriləri cəlb etmək, birbaşa marketinq və satış funksiyasını həyata keçirmək; Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsullarının şərtləri barədə ətraflı məlumat vermək; Kredit portfelinin keyfiyyətinə nəzarət etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək; Namizədlərə tələblər: Cins: Xanım və kişi namizədlər; Şəhər: Bakı şəhəri üzrə filiallar Ali təhsil müəssisəsini yeni bitirmiş namizədlər; Analitik düşüncə və müştərilərlə işləmək bacarığı; Riyazi hesablama aparmaq qabiliyyəti; Satış bacarığı və ünsiyyət qurmaq qabiliyyəti. Əlavə imkanlar: İş prosesi öyrədilir! Təcrübəsi olmayan, ali təhsil müəssisəsini yeni bitirmiş namizədlərə işin incəlikləri öyrədilir və lazımi dəstək göstərilir. Müsabiqələr keçirilir! Müəyyən olunmuş meyarlar əsasında keçirilən müsabiqələrin nəticələrinə görə qaliblərə müxtəlif mükafatlar təqdim olunur. Rəsmi əmək müqaviləsi ilə iş imkanı. Öyrənməyə, inkişaf etməyə və satış sahəsində karyera qurmağa həvəsli olan namizədləri komandamıza qoşulmağa dəvət edirik!