Satış və marketinq · Hellojob
Satış Meneceri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 09.10.2026 · Son tarix: 08.11.2026
Mənbədə son yoxlanış: 15.10.2026
Bu elan mənbədə 2 gündür təsdiqlənməyib. Hələ də açıq olduğuna əmin olmaq üçün müraciətdən əvvəl mənbə elanını yoxlayın.
Müraciət et
E-poçtla müraciət: CV və müşayiət məktubunuzu hazırlayın, nəzərdən keçirin və göndərilməsini təsdiqləyin.
İş haqqında
FZ Academy-də Satış Meneceri Vakansiyası FZ Academy komandamıza qoşulacaq, ünsiyyət bacarığı güclü, aktiv və nəticəyönümlü Satış Meneceri axtarırıq! Vəzifə öhdəlikləri: • Tədris xidmətlərimiz haqqında potensial tələbələrə ətraflı məlumat vermək; • Təhsil xidmətlərinin satışını həyata keçirmək və qeydiyyat prosesini idarə etmək; • Soyuq satış zəngləri edərək potensial tələbələri cəlb etmək; • Daxil olan zəng və müraciətləri operativ şəkildə cavablandırmaq; • Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun tədris proqramlarını təklif etmək; • Tələbə və valideynlərlə effektiv, uzunmüddətli əlaqələrin qurulmasını təmin etmək; • Satış planlarının yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmək; • Potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq və müraciətlərin nəticəsini izləmək; • Gündəlik və aylıq satış nəticələrini təhlil etmək, rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək. Namizədə tələblər: • Ali təhsil; • Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı; • Azərbaycan dilində səlis nitq və fikirlərini aydın ifadə etmək qabiliyyəti; • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq; • Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı; • Kompüter bilikləri və MS Office proqramlarından istifadə bacarığı; • Satış sahəsində iş təcrübəsi arzuolunandır; • Təhsil sahəsində və ya telefon satışlarında təcrübəsi olan namizədlərə üstünlük verilir. Biz nə təklif edirik? • Peşəkar və dinamik iş mühiti; • Əmək haqqı 500-1800 AZN ( + satışdan gələn bonus) • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; • Dəstəkləyici komanda və inkişafyönümlü iş şəraiti. 📩 Müraciət qaydası: CV-nizi [email protected] ünvanına "satış meneceri" yazıb göndərin 📍 İş yeri: FZ Academy Əgər ünsiyyət qurmağı, insanları düzgün istiqamətləndirməyi və satış sahəsində uğur qazanmağı sevirsinizsə, komandamıza qoşulun!