Bütün vakansiyalar

IT və texnologiya · kapital

İT biznes analitik

BirbankAzerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 04.09.2026 · Son tarix: 04.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Biz komandamıza qoşulmaq və biznes və texniki həllərimizi müəyyənləşdirmək və optimallaşdırmaqda əsas rol oynayacaq IT Biznes Analitiki axtarırıq. Siz maraqlı tərəflər, məhsul sahibləri və mühəndislik komandası ilə yaxından əməkdaşlıq edərək aydın tələblərin formalaşdırılmasını, effektiv ünsiyyəti və biznes ehtiyaclarının texniki həllərə problemsiz şəkildə tətbiqini təmin edəcəksiniz. Sizin rolunuza tələblərin toplanması və təhlili, proseslərin müəyyənləşdirilməsi, sənədləşdirmə standartlarının təkmilləşdirilməsi və bizneslə texniki komandalar arasında əməkdaşlığın təşviqi daxildir. Vəzifə öhdəlikləri: • Tələblərin toplanması, təhlili və sənədləşdirilməsi; • BRD (Business Requirements Document) sənədinin hazırlanması və strukturlaşdırılması; • FRD (Functional Requirements Document) sənədinin hazırlanması və strukturlaşdırılması; • Güclü analitik düşüncə və problem həll etmə; • Biznes process modellərin qurulması; • Biznes proses metodlarından (BPMN, UML, Use Cases) istifadə; • Stakeholder engagement – maraqlı tərəflərlə effektiv şifahi və yazılı ünsiyyət; Tələblər: IT və ya Biznes sahələri üzrə bakalavr dərəcəsi; Proses ekspertizası, biznes analitikası və ya oxşar sahədə ən azı 2 illik iş təcrübəsi; BPMN, UML və ya digər modelləşdirmə standartları üzrə bilik; Agile metodologiyası üzrə təcrübə üstünlükdür; Güclü analitik düşüncə, problem həll etmə və kommunikasiya bacarıqları; İngilis dilində texniki səviyyədə səriştə; Məhsulu həm texniki, həm də biznes baxımından testə hazırlamaqda komandaya dəstək olmaq; Jira və Confluence kimi alətlərlə iş təcrübəsi; API, Postman və SOAP kimi alətlərlə iş təcrübəsi; Kredit məhsulları və əsas bank sistemləri üzrə biznes təcrübəsi arzuolunandır. Üstünlüklər: İnkişaf imkanları; Rəqabətli əmək haqqı və bonuslar; Yüksək təminatlı sığorta; Dəstəkləyici mühit; Visa Premium əmək haqqı kartı; Korporativ endirimlər; Korporativ tədbirlər; Əlavə məzuniyyət; Güzəştli təhsil və işçi krediti.