Bütün vakansiyalar

IT və texnologiya · kapital

İT İdarəetməsi üzrə rəhbər (Head of IT Governance)

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Rəhbər (Lead)

Elan tarixi: 17.09.2026 · Son tarix: 17.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Bu vəzifənin əsas məqsədi normativ tələblərə və daxili standartlara, xüsusilə məlumatların mühafizəsi və məxfiliyi ilə bağlı tələblərə riayət olunmasını təmin etmək üçün uyğunluq çərçivəsinin hazırlanması və tətbiqidir. Vəzifə sahibi daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, məlumatların təsnifatı modellərinin hazırlanması və əməliyyat, hüquq və funksional komandalar üzrə uyğunluq tədbirlərinin həyata keçirilməsinə dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərəcək. Vəzifə öhdəlikləri: Beynəlxalq standartlara və Azərbaycan Mərkəzi Bankının (AMB) tələblərinə uyğun İT idarəetmə çərçivələrini hazırlamaq, tətbiq etmək və davamlı olaraq təkmilləşdirmək (COBIT, ITIL, ISO 27001). Təşkilat üzrə İT idarəetmə siyasətlərini, prosedurlarını və standartlarını müəyyənləşdirmək və tətbiq etmək. İT sahəsində qərar qəbuletmə strukturlarını, o cümlədən idarəetmə komitələrini, hesabatlılıq və təsdiq proseslərini müəyyənləşdirmək və davamlılığını təmin etmək. İT üzrə strateji istiqamətlərin və prioritetlərin müəyyənləşdirilməsi üçün CTO və rəhbər heyətlə əməkdaşlıq etmək. İT fəaliyyətinin səmərəliliyini ölçən göstəriciləri və əsas fəaliyyət göstəricilərini (KPI) müəyyənləşdirmək, izləmək və rəhbərliyə təqdim etmək. İT-yə qoyulan investisiyaların ölçülə bilən biznes dəyəri yaratmasını və investisiyanın gəlirliliyini (ROI) təmin etmək (FinOps). İT ilə əlaqəli risklər və normativ tələblər üzrə Risklərin İdarə Edilməsi və Uyğunluq komandaları ilə koordinasiyanı təmin etmək. Bank tənzimləmələrinə, məlumatların mühafizəsi haqqında qanunvericiliyə və beynəlxalq standartlara riayət olunmasını təmin etmək. Daxili və xarici İT auditlərini idarə etmək, tənzimləyici qurumların yoxlamaları zamanı sorğuların cavablandırılmasını və müvafiq tədbirlərin koordinasiyasını təmin etmək. İT idarəetməsi üzrə əhatəli idarəetmə panellərini (dashboards) və hesabatlılıq mexanizmlərini hazırlamaq. İT idarəetməsinin yetkinlik səviyyəsini mütəmadi qiymətləndirmək və təkmilləşdirmə planlarını hazırlamaq. Tələblər: Biznesin idarə edilməsi, menecment, mühasibat uçotu, informasiya sistemləri, kompüter elmləri, mühəndislik və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi; yaxud ekvivalent praktiki təcrübə və ya müvafiq sertifikat. Böyükmiqyaslı müəssisədə ISO 27001 standartının tətbiqi üzrə təcrübə və/və ya ISO 27001 üzrə aparıcı auditor və ya tətbiq üzrə aparıcı mütəxəssis sertifikatı arzuolunandır. Risklərin idarə edilməsi çərçivələri, standartları və sahə üzrə qabaqcıl təcrübələrlə bağlı təcrübə və ya biliklər (COBIT, COSO, ISO 27001, SOC 2, ITIL). İT və kibertəhlükəsizlik siyasətlərinin, standartlarının və prosedurlarının hazırlanması, həmçinin normativ tələblərin texniki nəzarət mexanizmlərinə çevrilməsi üzrə təcrübə. Komanda daxilində əməkdaşlıq edərək uğurlu nəticələr əldə etmək bacarığı. Qlobal miqyasda fəaliyyət göstərən təşkilatın ehtiyaclarını qarşılamaq üçün çeviklik və vaxtın səmərəli idarə edilməsi bacarığı. Çoxmillətli təşkilatlarda iş təcrübəsi. Təşkilatın bütün səviyyələrində maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etməyə imkan verən yüksək kommunikasiya və interpersonal bacarıqlar. Mürəkkəb hüquqi və normativ məsələlər üzrə praktik həllər hazırlamaq və tətbiq etmək bacarığı ilə yanaşı güclü analitik düşünmə qabiliyyəti. MS Office proqramları üzrə biliklər (Excel, Word, Visio, PowerPoint). Üstünlüklər: İnkişaf imkanları Rəqabətli əmək haqqı və bonuslar Yüksək təminatlı sığorta Dəstəkləyici mühit Visa Premium əmək haqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət Güzəştli təhsil və işçi kredit