IT və texnologiya · kapital
Proqram mühəndisliyi funksional sahəsinin Funksional lideri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 15.09.2026 · Son tarix: 17.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Biz Backend, Web və Mobile istiqamətləri üzrə bir neçə məhsul komandasında proqram təminatının hazırlanması sahəsinə rəhbərlik edəcək, mühəndislik təcrübələrinin inkişafına, əməkdaşların peşəkar inkişafına və işlərin yüksək keyfiyyətlə icrasına cavabdeh olacaq təcrübəli rəhbər axtarırıq Vəzifə öhdəlikləri: Backend, Web və Mobile istiqamətləri üzrə Chapter Lead-lərə rəhbərlik etmək və onların peşəkar inkişafını təmin etmək. Proqram təminatının hazırlanması istiqamətləri və platforma komandası üzrə işə qəbul və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi proseslərinə rəhbərlik etmək. Mühəndislik standartlarını müəyyənləşdirmək və inkişaf etdirmək: arxitektura, kodun keyfiyyəti, kodun yoxlanılması (code review) təcrübələri və keyfiyyətə nəzarət meyarları (quality gates). Daxili proqramçı platformasının inkişaf istiqamətini müəyyənləşdirmək və tətbiqini təmin etmək; standartlaşdırılmış iş axınlarını (golden paths), şablonları və proqramçıların müstəqil istifadə edə biləcəyi alət və xidmətləri (self-service) inkişaf etdirmək. Buraxılışların planlaşdırılan vaxtda və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsi, texniki risklərin idarə olunması və işlərin icra keyfiyyətinin təmin edilməsi məsələlərində Tribe Lead-lərlə əməkdaşlıq etmək. Müxtəlif komandalar arasında texniki təcrübə və yanaşmaların uyğunlaşdırılmasını təmin edən mühəndislik icmalarının (engineering guilds) fəaliyyətinə rəhbərlik etmək və onların inkişafına töhfə vermək. Tələblər: Proqram təminatının hazırlanması sahəsində 7-9 il və ya daha çox iş təcrübəsi, o cümlədən mühəndislərə rəhbərlik üzrə 4-5 il və ya daha çox təcrübə. Məhsul komandalarında iş təcrübəsi və nəticələrin əldə olunmasına görə birbaşa məsuliyyət daşımaq təcrübəsi mütləqdir. Əsas texnoloji steklərdən ən azı biri üzrə dərin texniki bilik və təcrübə (Java biliyinə üstünlük verilir), digər texnologiyalar üzrə isə geniş biliklər. Əməkdaşların peşəkar inkişafı və mühəndislik təcrübələrinin bir neçə komanda üzrə tətbiqi və inkişaf etdirilməsi sahəsində uğurlu təcrübə. İngilis dilində işgüzar səviyyədə ünsiyyət bacarığı. Üstünlüklər: İnkişaf imkanları Rəqabətli əmək haqqı və bonuslar Yüksək təminatlı sığorta Dəstəkləyici mühit Visa Premium əmək haqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət Güzəştli təhsil və işçi kredit