Bütün vakansiyalar

IT və texnologiya · kapital

DevOps mühəndisi

m10Bakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 15.07.2026 · Son tarix: 31.10.2026

Mənbədə son yoxlanış: 15.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Hazırda infrastruktur platformamızın inkişafı və dəstəyi üçün DevOps Mühəndisi axtarırıq Vəzifə öhdəlikləri: İnfrastruktur platformasının sabitliyini, performansını və miqyaslana bilməsini təmin edərək onun dəstəklənməsi və inkişafı İnfrastruktur xərclərinin idarə olunmasında (FinOps) iştirak: resurs istifadəsinin təhlili və optimallaşdırma strategiyalarının təklif edilməsi Yeni texnologiyaların araşdırılması və məhsul komandalarında ən yaxşı DevOps təcrübələrinin tətbiqi ilə inkişaf və əməliyyat səmərəliliyinin artırılması Resurs idarəetmə proseslərini avtomatlaşdırmaq və platformanın inkişafını sürətləndirmək üçün Infrastructure-as-Code həllərinin hazırlanması və saxlanılması Tələblər: DevOps/SRE sahəsi üzrə 3+ il iş təcrübəsi Kubernetes ilə iş təcrübəsi: quraşdırma, konfiqurasiya, klasterlərin idarə olunması və Helm chart-ların hazırlanması Bulud və lokal (on-premise) infrastrukturun idarə olunması üçün Terraform üzrə güclü bilik AWS ilə praktiki iş təcrübəsi Şəbəkə komponentləri (VPC, Load Balancer, DNS, VPN) və onların əsas konfiqurasiya prinsipləri barədə bilik CI/CD proseslərinin qurulması və optimallaşdırılması təcrübəsi (məsələn, GitHub Actions, ArgoCD) GitOps yanaşması ilə iş təcrübəsi Monitorinq sistemlərinin qurulması təcrübəsi (loqlar, metriklər, tracing, alertlər) Linux/Unix üzrə dərin bilik: konfiqurasiya, optimallaşdırma, problemlərin aradan qaldırılması Tapşırıqların avtomatlaşdırılması üçün skript dillərini bilmə Güclü analitik düşüncə, təşəbbüskarlıq, proseslərin sənədləşdirilməsi bacarığı və dəyişən mühitdə işləmə qabiliyyəti Üstünlük verilən meyarlar: FinTech sahəsində təcrübə İngilis dili üzrə güclü bilik Üstünlüklər: Bakının ən yaxşı biznes mərkəzlərindən birində işləmək imkanı Bazar səviyyəsində rəqabətli əməkhaqqı Özəl tibbi sığorta, ödənişli məzuniyyət, xəstəlik məzuniyyəti, korporativ tədbirlər və bonuslar, fitness endirimi Məhsula təsir etmək imkanı, açıq fikirli rəhbərlik və güclü, enerjili komanda Azərbaycanın ilk ekosisteminin bir hissəsi olmaq “Dəyərlisən” proqramının bir hissəsi olmaq Servis (şatl) xidməti