Satış və marketinq · kapital
Kommersiya Əməliyyatları üzrə Layihə Meneceri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 10.08.2026 · Son tarix: 25.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Burada siz kommersiya strukturu daxilində çarpaz-funksional təşəbbüslərin effektiv, şəffaf və vaxtında koordinasiyasını təmin edəcəksiniz. Vəzifə öhdəlikləri: Həftəlik və aylıq kommersiya görüşlərini təşkil etmək və fasilitasiya etmək; Görüşlərin gündəliyini, qərarları və məsul şəxsləri idarə etmək; Təşəbbüslərin statusu, riskləri, asılılıqları və bloklayıcı faktorları üzrə müntəzəm hesabatlar təqdim etmək; Kommersiya,Məhsul,Marketinq,Logistika və digər komandalar arasında prioritetlərin uyğunlaşdırılmasını təmin etmək; Kommersiya sorğuları və təşəbbüsləri üzrə əsas koordinasiya nöqtəsi kimi çıxış etmək; Kateqoriya vertikalları və Satışların təkmilləşdirilməsi komandalarından daxil olan təşəbbüsləri toplamaq və vahid “backlog” formalaşdırmaq; Çarpaz-funksional təşəbbüslərin icrasını, son icra tarixlərini, riskləri və asılılıqları izləmək; Razılaşmaların icrasına nəzarət etmək və gecikmələri vaxtında eskalasiya etmək. Tələblər: Layihələrin idarəedilməsi,Əməliyyatlar,Konsaltinq və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi; Mürəkkəb və qeyri-müəyyən məsələləri strukturlaşdırmaq və aydın fəaliyyət planına çevirmək bacarığı; Marağlı tərəflərlə effektiv işləmək bacarığı; Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə; Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri