Mühəndislik və istehsalat · kapital
Sistem dayanıqlığı üzrə mühəndis (SRE)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 27.07.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Site Reliability Engineer (SRE) kritik sistemlərin etibarlılığını, miqyaslana bilməsini və məhsuldarlığını təmin edir. Bu rol proqram mühəndisliyi, infrastruktur və əməliyyat sahəsində biliklərin birləşdirilməsini nəzərdə tutur. Əsas diqqət avtomatlaşdırma, monitorinq, insidentlərin idarə edilməsi və mühəndislik komandaları ilə sıx əməkdaşlıq edərək yüksək əlçatanlığa və dayanıqlılığa malik xidmətlərin təmin edilməsinə yönəlib. Vəzifə öhdəlikləri: İnkişaf və infrastruktur komandaları ilə əməkdaşlıq edərək miqyaslana bilən və etibarlı sistemlərin layihələndirilməsi və dəstəklənməsi; İnfrastrukturun idarə edilməsi, deploy prosesləri və əməliyyat tapşırıqlarının avtomatlaşdırılması üçün alətlərin və avtomatlaşdırma həllərinin hazırlanması; Sistemlərin vəziyyətini izləmək və problemlərin operativ həllini təmin etmək üçün metrics, logs və traces əsasında observability sistemlərinin qurulması və dəstəklənməsi; Tətbiq, platforma və infrastruktur səviyyələrində problemlərin araşdırılması və sazlanması proseslərində iştirak etmək və onlara rəhbərlik etmək; İnsidentlərdən sonra təhlillərin aparılması, problemin əsas səbəblərinin (Root Cause) müəyyənləşdirilməsi və uzunmüddətli həllərin tətbiq edilməsi; SLO (Service Level Objectives), SLI (Service Level Indicators) və Error Budget göstəricilərinin müəyyənləşdirilməsi və monitorinqi; CI/CD pipeline-larına və Infrastructure as Code (IaC) təşəbbüslərinə töhfə vermək; Sistemlərin məhsuldarlığının və dayanıqlılığının, eləcə də developer təcrübəsinin davamlı şəkildə təkmilləşdirilməsi. Tələblər: Kompüter elmlərinin əsasları üzrə güclü biliklər: məlumat strukturları, alqoritmlər, əməliyyat sistemləri və şəbəkələr; Ən azı bir müasir proqramlaşdırma dilində (məsələn, Go, Python, Java, C#) proqram təminatının hazırlanması üzrə təcrübə; Paylanmış sistemlərin və mikroservislərin layihələndirilməsi və dəstəklənməsi üzrə təcrübə; Production mühitində mürəkkəb problemlərin diaqnostikası və həlli bacarığı; Observability alətləri ilə praktiki iş təcrübəsi: Prometheus, Grafana, OpenTelemetry və s.; Kubernetes və konteynerləşdirilmiş infrastruktur üzrə iş bilikləri; Linux sistemləri və skriptləşdirmə üzrə yaxşı biliklər; CI/CD pipeline-ları və DevOps təcrübələri ilə iş təcrübəsi; Güclü problem həll etmə bacarığı, maraq və analitik düşüncə; Texniki anlayışları həm mühəndislərə, həm də texniki olmayan şəxslərə aydın şəkildə izah etmək bacarığı; Komanda ilə işləmə və mühəndislik, məhsul və əməliyyat komandaları arasında əməkdaşlıq bacarığı; Məsuliyyət götürmək və təşəbbüs göstərmək; Sürətli və daim dəyişən iş mühitində işləməyə uyğunlaşmaq; Detallara diqqət yetirməklə yanaşı, ümumi mənzərəni də nəzərə almaq; Davamlı öyrənməyə və yeni texnologiyalar və yanaşmalar üzrə bilikləri yeniləməyə həvəsli olmaq. Üstünlüklər: İnkişaf imkanları; Rəqabətli əmək haqqı və bonuslar; Yüksək təminatlı sığorta; Dəstəkləyici mühit; Visa Premium əmək haqqı kartı; Korporativ endirimlər; Korporativ tədbirlər; Əlavə məzuniyyət; Güzəştli təhsil və işçi krediti.