Bütün vakansiyalar

Satış və marketinq · kapital

Terminal və ATM şəbəkəsi üzrə Satış təmsilçisi

MilliönBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 05.10.2026 · Son tarix: 19.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Bu rolda ödəniş terminalları şəbəkəsinin genişlənməsində, yeni partnyorların cəlb olunmasında və terminalların daha əlçatan olmasında birbaşa iştirak edəcəksən. Yeni satış nöqtələrinin müəyyən edilməsi, partnyorlarla əməkdaşlığın qurulması və mövcud terminalların effektivliyinin artırılması sənin əsas fəaliyyət istiqamətlərin olacaq. Vəzifə öhdəlikləri: Ödəniş terminallarının yerləşdirilməsi üçün yeni partnyorlar və uyğun satış nöqtələri tapmaq; Yeni lokasiyalarda terminalların quraşdırılması prosesini təşkil və koordinasiya etmək; Mövcud və potensial partnyorlarla əlaqələr qurmaq və uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək; Quraşdırılmış terminalların fəaliyyətini izləmək, yaranan problemlərin həlli üçün müvafiq komandalarla əməkdaşlıq etmək; Terminalların dövriyyə və effektivlik göstəricilərini təhlil etmək; Yeni quraşdırılmış terminallar, görülən işlər və satış nəticələri üzrə hesabatlar hazırlamaq; Partnyor və müştəri rəylərini toplamaq, xidmət keyfiyyətinin artırılması üçün təkliflər vermək; Yeni partnyorlara terminalların istifadəsi və iş prinsipləri barədə məlumat vermək, ilkin təlim keçmək. Tələblər: Satış və ya müştərilərlə iş sahəsində minimum 2–3 il iş təcrübəsi; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı; MS Excel-də məlumatları təhlil etmək və hesabatlar hazırlamaq bacarığı; Şəxsi avtomobilin olması; Effektiv kommunikasiya və danışıqlar aparmaq bacarığı; Problem həlletmə bacarığı və nəticəyönümlülük; Müştəriyönümlü yanaşma; Şöbələrarası əməkdaşlıq qabiliyyəti; Sahiblənmə və məsuliyyət hissi. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri