Bütün vakansiyalar

Satış və marketinq · kapital

Birbaşa Satışlar Bölməsinin Kiçik Mütəxəssisi (Dağlıq Şirvan Regionu üzrə)

BirbankBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 16.09.2026 · Son tarix: 18.10.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Birbankın Birbaşa satışlar bölməsində Dağlıq Şirvan regionunda satış şəbəkəsinin genişlənməsində birbaşa iştirak edərək potensial müştərilərlə və tərəfdaşlarla aktiv ünsiyyət quracaqsan. Region üzrə sahə görüşlərinin keçirilməsi, bank məhsullarının birbaşa təqdimatı və satışı, yeni müştərilərin cəlb olunması və satış nöqtələrində xidmət keyfiyyətinin yüksəldilməsi sənin əsas fəaliyyət istiqamətlərin olacaq. Vəzifə öhdəlikləri: Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili; Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi; Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi; Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması; Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi; Bankın filiallarına yönləndirilməsi; Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi; Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması. Tələblər: Ali təhsil; Satış bacarığı; Dəyişən mühitə çevik adaptasiya; Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma; Sahiblənmə və məsuliyyət hissi; Dəyişən mühitə çevik adaptasiya; Davamlı öyrənmə və inkişaf həvəsi; Müştəriyönümlü yanaşma. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri