Bütün vakansiyalar

IT və texnologiya · kapital

IOS Developer - Future Lab

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 06.10.2026 · Son tarix: 06.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Texnologiyalarla işləməyi, innovativ həllər yaratmağı və müasir mobil məhsulların hazırlanmasında iştirak etməyi sevən bir mütəxəssissinizsə, sizi komandamıza iOS Developer kimi dəvət edirik. Bu rolda çarpaz funksional komandamızın bir hissəsi kimi iOS tətbiqlərinin hazırlanması, təkmilləşdirilməsi və yeni funksiyaların əlavə edilməsi üzərində çalışacaqsınız. Mövcud kod bazasının müasirləşdirilməsi və məhsulların davamlı inkişafına da töhfə verəcəksiniz. Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq! Vəzifə öhdəlikləri: Swift istifadə edərək təkrar istifadə oluna bilən BirBonus SDK-nı layihələndirmək, hazırlamaq və dəstəkləmək. Clean Architecture prinsiplərindən istifadə etmək və miqyaslana bilən kod bazasının saxlanılmasına töhfə vermək. Modular və multi-module arxitekturanın hazırlanmasında və dəstəklənməsində iştirak etmək. REST API və real vaxt rejimində kommunikasiya üçün WebSocket vasitəsilə backend servisləri ilə inteqrasiya etmək. Effektiv debugging vasitəsilə mürəkkəb xətaları və performans problemlərini müəyyənləşdirmək və həll etmək. Code review proseslərində iştirak etmək və iOS proqramlaşdırmasında ən yaxşı təcrübələrin tətbiqinə töhfə vermək. SDK sənədlərini hazırlamaq və daxili tətbiq komandalarına inteqrasiya dəstəyi göstərmək. Tələblər: Swift istifadə edərək iOS proqramlaşdırması sahəsində 3+ il peşəkar iş təcrübəsi. Swift dilinin əsas xüsusiyyətləri üzrə möhkəm bilik. Clean Architecture üzrə güclü bilik və praktiki iş təcrübəsi. Modular arxitektura və böyük miqyaslı layihələrlə iş təcrübəsi. iOS networking (REST API və authentication) üzrə güclü bacarıqlar. Real-time sistemlər və WebSocket ilə iş təcrübəsi. Güclü debugging və problem həll etmə bacarıqları. Yaxşı kommunikasiya və əməkdaşlıq bacarıqları. Üstünlükdür: Bir neçə tətbiq tərəfindən istifadə olunan iOS SDK/framework-lərinin hazırlanması üzrə təcrübə. Swift Package Manager (SPM) və/və ya XCFramework ilə iş təcrübəsi. Fastlane, GitLab CI/CD və digər avtomatlaşdırma alətləri ilə iş təcrübəsi. Test avtomatlaşdırılması üzrə anlayış və unit/UI testlər yazmaq təcrübəsi. Push notification inteqrasiyası (APNs) üzrə təcrübə. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri