Bütün vakansiyalar

IT və texnologiya · kapital

Android Developer - Future Lab

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 06.10.2026 · Son tarix: 06.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Mobil texnologiyalarla işləməyi və müasir, təhlükəsiz həllər yaratmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza Android Developer kimi dəvət edirik. Bu rolda Android tətbiqlərinin hazırlanması və təkmilləşdirilməsi, yeni funksiyaların əlavə edilməsi və müştərilər üçün təhlükəsiz, etibarlı və yüksək performanslı mobil təcrübənin yaradılmasında iştirak edəcəksiniz. Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və komanda ilə işləmək bacarığına sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq! Vəzifə öhdəlikləri: Kotlin istifadə edərək Android SDK modullarını layihələndirmək, hazırlamaq və dəstəkləmək. Clean Architecture prinsiplərindən istifadə etmək və miqyaslana bilən kod bazasının saxlanılmasına töhfə vermək. Modular və multi-module layihə strukturunun hazırlanmasında və dəstəklənməsində iştirak etmək. REST API və real vaxt rejimində kommunikasiya üçün WebSocket vasitəsilə backend servisləri ilə inteqrasiya etmək. Certificate Pinning və End-to-End Encryption daxil olmaqla təhlükəsiz kommunikasiya mexanizmlərini tətbiq etmək. ProGuard/R8 qaydalarını konfiqurasiya etmək və Consumer ProGuard qaydaları ilə SDK obfuscation prosesini idarə etmək. SDK versiyaları arasında binary compatibility və API sabitliyini təmin etmək. Effektiv debugging vasitəsilə mürəkkəb xətaları və performans problemlərini müəyyənləşdirmək və həll etmək. Code review proseslərində iştirak etmək və Android proqramlaşdırmasında ən yaxşı təcrübələrin tətbiqinə töhfə vermək. SDK sənədlərini hazırlamaq və daxili tətbiq komandalarına inteqrasiya dəstəyi göstərmək. Tələblər: Kotlin istifadə edərək Android proqramlaşdırması sahəsində 3+ il peşəkar iş təcrübəsi. Clean Architecture üzrə möhkəm anlayış və praktiki iş təcrübəsi. Modular arxitektura və böyük miqyaslı layihələrlə iş təcrübəsi. Asinxron əməliyyatlar üçün Kotlin Coroutines və Structured Concurrency üzrə güclü bilik. Android networking (REST API, authentication, WebSocket) üzrə güclü bilik. Real-time sistemlər və ikitərəfli kommunikasiya ilə iş təcrübəsi. ProGuard/R8 konfiqurasiyası və SDK obfuscation strategiyaları üzrə iş təcrübəsi. Public API-lər üçün binary compatibility və semantic versioning üzrə anlayış. Transitive dependency-lərin idarə edilməsi və versiya konfliktlərinin həlli üzrə təcrübə. Güclü debugging və problem həll etmə bacarıqları. Əla kommunikasiya və əməkdaşlıq bacarıqları. Təhlükəsizlik tələbləri: Certificate Pinning (OkHttp CertificatePinner, Network Security Config) tətbiqi üzrə təcrübə. End-to-End Encryption tətbiqi prinsipləri üzrə bilik. Təhlükəsiz lokal məlumat saxlama (EncryptedSharedPreferences, Android Keystore) üzrə təcrübə. Təhlükəsiz token idarəetməsi və session handling üzrə anlayış. Təhlükəsiz logging praktikaları və həssas məlumatların sızmasının qarşısının alınması üzrə bilik. Input validation və sanitization texnikaları üzrə bilik. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri