Bütün vakansiyalar

IT və texnologiya · kapital

DevOps mühəndis - Future Lab

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 06.10.2026 · Son tarix: 06.11.2026

Mənbədə son yoxlanış: 15.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

İnfrastrukturun idarə olunması, avtomatlaşdırma və sistemlərin etibarlılığının təmin edilməsi ilə maraqlanan bir mütəxəssissinizsə, sizi komandamıza DevOps Engineer kimi dəvət edirik. Bu rolda infrastrukturun və CI/CD mühitlərinin etibarlılığının, miqyaslana bilməsinin və təhlükəsizliyinin təmin edilməsində iştirak edəcəksiniz. Kubernetes, avtomatlaşdırma, monitorinq və L3 production dəstəyi üzrə çalışaraq sistemlərin dayanıqlılığını təmin edəcək və proqram təminatının təhlükəsiz və fasiləsiz çatdırılmasına töhfə verəcəksiniz. Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və avtomatlaşdırma yönümlü yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq! Vəzifə öhdəlikləri: Kompleks infrastruktur, tətbiq mühiti və deployment problemləri üzrə L3 texniki dəstək göstərmək, kök səbəb təhlili (Root Cause Analysis) aparmaq və təkrarlanmanın qarşısını alan tədbirlər həyata keçirmək. GitLab CI kimi alətlərdən istifadə etməklə təhlükəsiz, etibarlı və səmərəli proqram təminatı çatdırılmasını təmin edən CI/CD pipeline-larını qurmaq, idarə etmək və davamlı təkmilləşdirmək. Kubernetes və digər paylanmış mühitləri idarə etmək və sazlamaq, sistemlərin əlçatanlığını, miqyaslana bilməsini və performansını artırmaq. Infrastructure as Code (IaC) və skriptlərdən istifadə etməklə infrastrukturun yaradılması, konfiqurasiyanın idarə edilməsi və rutin əməliyyat proseslərini avtomatlaşdırmaq. Xidmətlərin etibarlılığını təmin etmək və problemləri vaxtında aşkarlamaq üçün monitorinq, logging, tracing və alerting sistemlərini qurmaq və təkmilləşdirmək. Secrets management, access control, configuration management və service discovery üzrə təhlükəsiz yanaşmaları tətbiq etmək və dəstəkləmək. Deployment, rollback və recovery proseslərini təkmilləşdirərək dəyişikliklərdən yaranan riskləri və xidmətlərdə fasilələri minimuma endirmək. Təhlükəsizlik və keyfiyyət yoxlamalarını proqram təminatının çatdırılma prosesinə inteqrasiya etmək və development və security komandaları ilə əməkdaşlıq etmək. Development və platform komandaları ilə əməkdaşlıq edərək sistemlərin production mühitinə hazırlığını qiymətləndirmək, dayanıqlılıq və disaster recovery prosedurlarını yoxlamaq. Texniki sənədləri və runbook-ları hazırlamaq və aktual saxlamaq, bilikləri komanda ilə bölüşmək və mühəndislərin texniki bacarıqlarının inkişafına dəstək olmaq. Tələblər: DevOps mühəndisliyi və production dəstəyi sahəsində 3+ il iş təcrübəsi. Linux administrasiyası, şəbəkə və problemlərin aradan qaldırılması üzrə yüksək səviyyədə bilik; Kubernetes, Docker, GitLab CI və Argo CD ilə praktiki iş təcrübəsi. Bash və ya Python skriptləşdirmə üzrə yaxşı bilik; GitOps, təhlükəsiz proqram təminatının çatdırılması və secrets management üzrə anlayış; Yüksək əlçatanlıq (High Availability), fəlakətdən bərpa (Disaster Recovery), tutumun planlaşdırılması (Capacity Planning) və DevOps praktikaları üzrə bilik; Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı; Yüksək təşkilatçılıq və detallara diqqət; Analitik düşüncə və problem həll etmə bacarığı; Aydın kommunikasiya və komandalararası effektiv əməkdaşlıq; Riskləri müəyyənləşdirmək və prosesləri təkmilləşdirmək üçün proaktiv yanaşma; Güclü prioritetləşdirmə bacarığı və detallara diqqət. Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri