Bütün vakansiyalar

IT və texnologiya · kapital

Full-Stack Developer - Future Lab

BirBakı
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 06.10.2026 · Son tarix: 06.11.2026

Mənbədə son yoxlanış: 16.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

Texnologiyalarla işləməyi və mürəkkəb problemlərə effektiv həllər tapmağı sevən mütəxəssissinizsə, sizi komandamıza Full-Stack Developer kimi dəvət edirik. Bu rolda frontend və backend istiqamətində çalışaraq yeni funksiyaların hazırlanmasında, mövcud məhsulların təkmilləşdirilməsində və keyfiyyətli, dayanıqlı proqram təminatı həllərinin yaradılmasında iştirak edəcəksiniz. Əgər güclü texniki biliklərə və analitik düşüncəyə sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq! Vəzifə öhdəlikləri: Yeni funksiyaların müəyyənləşdirilməsi, dizaynı və hazırlanması üçün çarpaz funksional komandalarla əməkdaşlıq etmək. Full-stack üzrə effektiv, test edilə bilən və təkrar istifadə oluna bilən kod hazırlamaq. Kod təhlillərində iştirak etmək və komanda üzvlərinə konstruktiv rəy bildirmək. Verilənlər bazalarını layihələndirmək, tətbiq etmək və optimallaşdırmaq, həmçinin RESTful API-lər və üçüncü tərəf inteqrasiyalarını hazırlamaq. Proqram təminatındakı xətaları və texniki problemləri müəyyənləşdirmək, sazlamaq və həll etmək, tətbiqin performansını və etibarlılığını təmin etmək. Texniki tələbləri təhlil etmək və biznes ehtiyaclarını miqyaslana bilən texniki həllərə çevirmək. Tələblər: Backend: Java: Java SE/EE Frameworklər: Spring MVC, Spring Boot, Spring Security, Spring Data JPA (Hibernate), Spring JDBC, Spring Cloud, Spring Batch Web xidmətləri və API-lər: REST API, HTTP metodları, API dizayn prinsipləri, JAX-RS, JAX-WS, SOAP Arxitektura: Microservices, Event-Driven Architecture Mesajlaşma və növbələr: Apache Kafka, RabbitMQ Verilənlər bazaları: Oracle, PostgreSQL, MongoDB, Redis, Elasticsearch Database texnologiyaları: SQL, PL/SQL, Liquibase DevOps və infrastruktur: Docker, Kubernetes, CI/CD Servis və təhlükəsizlik: LDAP, Consul, HashiCorp Vault Workflow və avtomatlaşdırma: Camunda, Zeebe Test: Unit Testing Build və versiya nəzarəti: Maven, Gradle, Git Proqram mühəndisliyi: SOLID prinsipləri, Clean Code, Design Patterns Mobil (Android / iOS): Android: Kotlin, Java, Android SDK, Jetpack Compose, Jetpack (ViewModel, Navigation, Room, WorkManager), Coroutines, Flow iOS: Swift, SwiftUI, UIKit, Combine, async/await Arxitektura: MVVM, MVI, Clean Architecture, modul əsaslı arxitektura Şəbəkə və inteqrasiya: REST API, Retrofit, OkHttp, URLSession, WebSocket Dependency Injection: Hilt / Dagger, Koin Lokal yaddaş: Room, DataStore, Core Data, Keychain, Android Keystore Təhlükəsizlik: SSL Pinning, biometrik autentifikasiya, kod obfuskasiyası (R8 / ProGuard), root / jailbreak aşkarlanması Push və monitorinq: Firebase Cloud Messaging, APNs, Firebase Crashlytics, Analytics Build və CI/CD: Gradle, Xcode, Swift Package Manager, CocoaPods, Fastlane Test: Unit Testing (JUnit, XCTest), UI Testing (Espresso, XCUITest) Publikasiya: Google Play Console, App Store Connect Üstünlüklər: Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri