IT və texnologiya · kapital
Maliyyə Menecmenti Departamentinin Strategiya, Büdcə və Analitika Şöbəsinin Meneceri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 11.08.2026 · Son tarix: 18.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Birbankın Maliyyə Menecmenti Departamentinin Strategiya, büdcə və analitika şöbəsinin meneceri vəzifəsinə maliyyə planlaşdırılması, büdcələşdirmə və analitika sahəsində təcrübəyə, güclü analitik düşüncəyə və maliyyə modelləri ilə işləmək bacarığına malik peşəkar axtarırıq. Vəzifə öhdəlikləri: Bankın illik və çoxillik (3-5 illik) maliyyə modellərini hazırlamaq; Büdcə planlaşdırma prosesini idarə etmək: illik büdcəni formalaşdırmaq, icrasına nəzarət və kənarlaşmaları təhlil etmək; Xərcləri bölüşdürülməsi (cost allocation) metodologiyalarını hazırlamaq və tətbiq etmək, o cümlədən kanallar (rəqəmsal, filial) üzrə OPEX bölgüsünü həyata keçirmək; Aylıq-rüblük maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim olunması üçün material və analitik dəstəyi təmin etmək; Bankın maliyyə göstəricilərini hesablamaq və təhlil etmək; Biznes bölmələri ilə əməkdaşlıq əsasında məlumat toplamaq, fərziyyələr formalaşdırmaq və maliyyə proqnozları qurmaq; Struktur bölmələrin fəaliyyət nəticələrinin plan-fakt təhlilini aparmaq və müvafiq tövsiyələr hazırlamaq; Rəhbərlik üçün strateji qərarların qəbulunda dəstək məqsədilə analitik təqdimatlar hazırlamaq; Hesabat komandalarının işini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və nəticələrin keyfiyyətini yoxlamaq; Digər struktur və biznes bölmələri ilə məlumat mübadiləsini təşkil etmək; Mütəxəssislərə mentorluq etmək və peşəkar inkişafına dəstək olmaq. Tələblər: Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Maliyyə planlaşdırılması, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 5 il iş və rəhbərlik təcrübəsi; Maliyyə modelləşdirilməsi və büdcə planlaşdırılması üzrə təcrübə; Yüksək səviyyədə MS Excel bilikləri; SQL bilikləri arzuolunandır; Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili bilikləri; Güclü analitik düşünmə və riyazi/statistik təhlil bacarığı; Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı; Prioritetləri düzgün müəyyən etmə və vaxtı effektiv idarə etmə bacarığı; Komanda ilə işləmə və kommunikasiya bacarığı; Yüksək məsuliyyətlilik və təşəbbüskarlıq. Üstünlüklər: İnkişaf imkanları Rəqabətli əmək haqqı və bonuslar Yüksək təminatlı sığorta Dəstəkləyici mühit Visa Premium əmək haqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət Güzəştli təhsil və işçi kredit