IT və texnologiya · kapital
Backend Developer - Ödənişlər biznesi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.06.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Biz Agile prinsipləri əsasında çalışan, innovativ və inqilabi məhsullar hazırlayan, yeni maliyyə texnologiyalarını və kompleks yüksək texnologiyalı həlləri tətbiq edən komandayıq. Backend Developer rolunda siz çarpaz funksional komandamızın bir hissəsi olaraq bütün məhsullarımızın fəaliyyətini təmin edən servislərin hazırlanması, təkmilləşdirilməsi və genişləndirilməsi ilə məşğul olacaqsınız. Əsas diqqətiniz mövcud funksionallığın artırılmasına və təkmilləşdirilməsinə yönələcək, eyni zamanda kod bazasının müasirləşdirilməsi istiqamətində davam edən işlərə töhfə verəcəksiniz. Vəzifə öhdəlikləri: Yeni RESTful servislərin yazılması, təkmilləşdirilməsi və aktual olanların dəstəklənməsi Rest API-ların Swagger ilə dokumentasiyası Streaming Analytics platformaya dəstək, yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi Müştəri davranışının real zaman anında məlumat axını şəklində qurulması, dəstəklənməsi və təkmilləşdirilməsi Backend servislərin və API-lərin hazırlanması və texniki dəstəyinin göstərilməsi Yüksək keyfiyyətli proqram təminatının hazırlanması üçün Tech Lead və komanda üzvləri ilə sıx əməkdaşlıq Ən yaxşı təcrübələrə (best practices) uyğun təmiz, səmərəli və yaxşı test edilmiş kodun yazılması Backend tətbiqlərinin performansının optimallaşdırılması və etibarlılığının təmin edilməsi Məlumatların effektiv idarə olunmasının və verilənlər bazası miqrasiyalarının təmin edilməsi Kodlaşdırma, test və deploy proseslərində ən yaxşı təcrübələrin tətbiqi və onlara riayət olunması Sistemin stabil işləməsini təmin etmək üçün production mühitində yaranan problemlərin araşdırılması, həlli və texniki dəstəyin göstərilməsi Tələblər: Java developer kimi ən azı 3+ il iş təcrübəsi Java 8 və daha yuxarı versiyalar ilə təcrübə OOP, Design Patterns və Microservice Architecture Patterns üzrə möhkəm anlayış RESTful servislərlə (Spring Boot) iş təcrübəsi CI/CD prosesləri üzrə iş təcrübəsi RDBMS verilənlər bazaları (Oracle, PostgreSQL) ilə iş təcrübəsi Güclü kommunikasiya bacarıqları: Azərbaycan dilində sərbəst danışıq; yaxşı səviyyədə ingilis dili biliyi üstünlükdür Linux üzrə əsas biliklər Web serverlərlə (Apache Tomcat) iş təcrübəsi Docker və Kubernetes üzrə biliklər Mesaj brokerləri (Apache Kafka, RabbitMQ və s.) ilə iş təcrübəsi Üstünlüklər: İnkişaf imkanları Rəqabətli əmək haqqı və bonuslar Yüksək təminatlı sığorta Dəstəkləyici mühit Visa Premium əmək haqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət Güzəştli təhsil və işçi kredit