IT və texnologiya · kapital
DevOps mühəndisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 14.09.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 16.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Bu vəzifə infrastrukturun və CI/CD mühitlərinin etibarlılığının, miqyaslana bilməsinin və təhlükəsizliyinin təmin edilməsi və davamlı təkmilləşdirilməsinə cavabdehdir. Əsas diqqət L3 səviyyəsində production dəstəyi, Kubernetes, avtomatlaşdırma, monitorinq, insidentlərin idarə edilməsi və proqram təminatının fasiləsiz, təhlükəsiz və stabil şəkildə istifadəyə verilməsinin təmin edilməsinə yönəlib. Vəzifə öhdəlikləri: Mürəkkəb infrastruktur, tətbiq mühiti və deploy problemləri üzrə L3 texniki dəstək göstərmək, əsas səbəb analizini (Root Cause Analysis) aparmaq və problemlərin təkrarlanmasının qarşısını alan tədbirlər həyata keçirmək; Təhlükəsiz, etibarlı və səmərəli proqram təminatı çatdırılmasını təmin etmək üçün GitLab CI kimi alətlərdən istifadə etməklə CI/CD pipeline-larını hazırlamaq, idarə etmək və davamlı təkmilləşdirmək; Kubernetes və digər paylanmış mühitləri idarə etmək, problemləri müəyyənləşdirmək və həll etmək, sistemlərin əlçatanlığını, miqyaslana bilməsini və performansını yaxşılaşdırmaq; Infrastructure as Code (IaC) və skriptləşdirmədən istifadə etməklə infrastrukturun provision edilməsi, konfiqurasiyanın idarə edilməsi və rutin əməliyyat tapşırıqlarını avtomatlaşdırmaq; Xidmətlərin etibarlılığı və problemlərin vaxtında aşkarlanmasını təmin etmək üçün monitorinq, logging, tracing və alerting sistemlərini inkişaf etdirmək və təkmilləşdirmək; Secrets management, access control, configuration management və service discovery üzrə təhlükəsiz yanaşmaları formalaşdırmaq və davamlı şəkildə tətbiq etmək; Dəyişikliklərdən yaranan riskləri və xidmətlərdə fasilələri minimuma endirmək üçün deployment, rollback və recovery prosedurlarını təkmilləşdirmək; Security və development komandaları ilə əməkdaşlıq edərək proqram təminatının çatdırılması həyat dövrünə avtomatlaşdırılmış təhlükəsizlik yoxlamalarını və keyfiyyət nəzarəti mexanizmlərini inteqrasiya etmək; Development və Platform komandaları ilə əməkdaşlıq edərək sistemlərin production-a hazır vəziyyətini qiymətləndirmək və sistemlərin dayanıqlılığını və Disaster Recovery prosedurlarını yoxlamaq; Texniki sənədləri və runbook-ları aktual saxlamaq, bilikləri komanda üzvləri ilə bölüşmək və mühəndislərə mentorluq edərək komandanın əməliyyat imkanlarının gücləndirilməsinə töhfə vermək. Tələblər: DevOps Engineering və production support sahəsində güclü praktiki təcrübə; Linux administrasiyası, şəbəkə və troubleshooting üzrə qabaqcıl biliklər; Kubernetes, Docker, GitLab CI və Argo CD ilə praktiki iş təcrübəsi; Bash və ya Python ilə skriptləşdirmə üzrə yaxşı biliklər; GitOps, təhlükəsiz proqram təminatı çatdırılması (secure software delivery) və secrets management prinsiplərini anlamaq; Yüksək əlçatanlıq (High Availability), fəlakətdən bərpa (Disaster Recovery), resurs planlaşdırılması (Capacity Planning) və DevOps praktikaları üzrə biliklər. Güclü analitik düşüncə və sistemli problem həll etmə bacarığı; Yüksək məsuliyyət və işə sahiblik hissi; İnsidentlər zamanı soyuqqanlı qalmaq və düzgün qərarlar qəbul etmək bacarığı; Aydın ünsiyyət və komandalararası effektiv əməkdaşlıq; Riskləri qabaqcadan müəyyənləşdirməyə və prosesləri təkmilləşdirməyə yönəlmiş proaktiv yanaşma; Güclü prioritetləşdirmə bacarığı və detallara diqqət. Üstünlüklər: İnkişaf imkanları; Rəqabətli əmək haqqı və bonuslar; Yüksək təminatlı sığorta; Dəstəkləyici mühit; Visa Premium əmək haqqı kartı; Korporativ endirimlər; Korporativ tədbirlər; Əlavə məzuniyyət; Güzəştli təhsil və işçi krediti.